Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Məktəblərdə dərs vaxtı 30 dəqiqəyə endirilsin” – Türk həkimdən çağırış
“Məktəblərdə dərs vaxtı 30 dəqiqəyə endirilsin” – Türk həkimdən çağırış

Türkiyədə yoluxucu xəstəliklər üzrə mütəxəssis kimi çalışan Nafiz Koçak, 6 dəfə daha sürətli yayılan Omicron variantının qapalı ərazilərdə, xüsusilə məktəblərdə böyük risk yaratdığını bildirib və təkliflər verib.

Bizimyol.info xəbər verir ki, Koçak açıqlaması zamanı bildirib ki, uzun müddət qapalı yerdə qalmaq yoluxma riskini artırır.

“Məktəblərin açılması və Omicron variantının sürətlə yayılması ilə əlaqədar olaraq, dərslər 30 dəqiqəyə endirilməli və qapı-pəncərələr üzbəüz açılaraq sinif otaqları ən azı 10 dəqiqə havalandırılmalıdır. Mən bunu əvvəllər də təklif etmişəm”, - deyə həkim bildirib.

Koçakun sözlərinə görə, yenə də ictimai yerlərdə maskadan düzgün istifadə, ən az 1 metr yarımlıq məsafə və gigiyena qaydalarına riayət edilməlidir.

“Günlərlə eyni maskadan istifadə edən vətəndaşlar ola bilər. Bu şərtlər altında maskanın 8 saatdan çox istifadə edilməməsi, düzgün şəkildə atılması və hətta izdihamlı bir mühitdə qalmağınız zəruri olduqda maskanı hər 4 saatdan bir dəyişdirilməyiniz vacibdir”.

Leyla, Bizimyol.info

Paylaş »
››› Bakıda qəribə olay: Vəkil qarşı tərəfi döyməkdə günahlandırılır
››› Boş verin heykəlləri-filan...
››› Doğuşlara qoyulan fantastik qiymətlər: Hansı günümüzə yaraşır?..
››› Sabiq biznesmen deputat Qarabağ qazisinə "pul atmaqda" ittiham olunur
››› Yas məclisi təşkil edən polis rəisinə yumruq vurub
››› Eldar Həsənova hökm oxunub
››› Hacı Zeynalabdin Tağıyev bu gün sağ olsaydı…
Son xəbərlər
Bütün xəbərlər »