İran İslam Respublikasının birtərəfli qərarı ilə 24 dekabr 2021-ci il tarixindən etibarən Türkiyəyə açılan sərhəd qapılarının 15 gün müddətinə bağlanmasına qərar verilib.
Bizimyol.info xəbər verir ki, İran İslam Respublikasının qərarı ilə İslam Respublikasında yaşamaq icazəsi olan şəxslər, təhsil vizası olanlar (İranda təhsil alan universitet və mədrəsə tələbələri), giriş vizası almış şəxslər (tacir və iş adamları), fiziki şəxslər iş icazəsi, sağlamlıq vizası almış şəxslərin pasport və immiqrasiya polisindən çıxış möhürü almış şəxslərin ölkəyə giriş edə biləcək.
Mövzu ilə bağlı açıqlama verən Esendere Bələdiyyə Başçısı Dırbaz Büyüksu, İran tərəfinin yeni ilə 8 gün qalmış verdiyi qərarın Yeni il şənliyi ilə bağlı olacağını bildirib.
“Şəxsən mən İran dövlətinin qəbul etdiyi bu birtərəfli qərarı Yeni il bayramı ilə əlaqələndirirəm. İran dövləti bu qərarla öz vətəndaşlarının xaricə getməsinin və yeni il şənliklərində iştirakının qarşısını almaq istəyir. Ümid edirəm ki, bu qərar çox çəkməyəcək və ən qısa zamanda qapılarımız açılacaq”.
Leyla, Bizimyol.info