Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kapital Bank-ın “Qayıdış” filmi beynəlxalq mükafata layiq görülüb
Kapital Bank-ın “Qayıdış” filmi beynəlxalq mükafata layiq görülüb

Kapital Bank-ın dəstəyi ilə çəkilən “Qayıdış” filmi “İstanbul Marketing Awards – 2021" tədbirində sosial media kateqoriyası üzrə qızıl mükafata layiq görülüb. Bu film tədbirdə mükafatlandırılan yeganə beynəlxalq layihə olaraq digərlərindən fərqlənib. “Qayıdış” filmi “FCB Artgroup Baku” şirkəti tərəfindən hazırlanıb.

Real əhvalatlar əsasında çəkilən filmdə Birinci Qarabağ müharibəsi zamanı öz doğma yurdlarından köçmək məcburiyyətində qalan azərbaycanlıların sözlə ifadə edilməsi çətin, ancaq yaşayarkən qürur duyulan hisslərindən danışılır. Artıq məcburi köçkün sayılmayan həmvətənlərimiz doğma yurdları ilə bağlı xatirələrini bölüşərkən, hər birinin gözlərində kədər, üzüntü, itki, intizar, sevinc, fərəh, qürur hissini sezmək olur. Hər biri sanki bir sözü deyir: “Biz yurdumuza qayıdırıq!”

Kapital Bank-ın “Qayıdış” filmi beynəlxalq mükafata layiq görülüb

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 104 filialı və 22 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »