Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lavrov: Ukraynanın NATO-ya cəlb etməsi hərbi riskləri artırır
Lavrov: Ukraynanın NATO-ya cəlb etməsi hərbi riskləri artırır

"Ukraynanın NATO-ya cəlb edilməsi kursu və Rusiya Federasiyasının sərhədləri yaxınlığında raketlərin görünməsi ciddi hərbi risklər doğurur".

Bizimyol.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Bosniya-Hersoqoviniya mətbuatına müsahibəsində deyib.

"Sərhədlərimiz yaxınlığında hücum raket sistemlərinin meydana çıxması perspektivi ilə Kiyevin NATO-ya cəlb edilməsi kursu Rusiyanın təhlükəsizliyinə qəbuledilməz təhdidlər yaradır, Avropada bütün iştirakçılar üçün genişmiqyaslı münaqişəyə qədər ciddi hərbi risklər yaradır", - deyə XİN rəhbəri bildirib.

Moskva Vaşinqtonun ukraynalı himayədarlarına “qayğı” göstərməsinin səbəb olduğu qarşıdurma dərəcəsini azaltmağı zəruri hesab edir. Biz inanırıq ki, ilk növbədə, amerikalı həmkarlarının öz ukraynalı himayədarlarına “qayğı” göstərmələri nəticəsində yaranan qarşıdurma dərəcəsini azaltmaq lazımdır”, - deyə nazir qeyd edib.

Lavrov xatırladıb ki, dekabrın 7-də Rusiya və ABŞ prezidentləri arasında Cenevrə sammiti zamanı əldə olunmuş razılaşmaların icrasının bir növ inventarlaşdırılmasını aparmağa imkan verən videokonfrans danışığı olub.

O qeyd edib ki, söhbətdə əsas yeri Ukrayna böhranı ilə bağlı problemlər və Donbass üzrə Minsk razılaşmalarının icrasında irəliləyişin olmaması tutub.

Bizimyol.info

Paylaş »
››› "Cütlüklərə zəng edirlər ki, boşanın, sizi evlə təmin edək" - "Qaçqınkom"-da nə baş verir...
››› Zelenski xalqa müraciət edib: "...Qaçmağa başqa yerimiz yoxdur"
››› Qazaxıstan XİN Tokayevin "xəbərdarlıq etmədən güllələmək" əmrini açıqlayıb
››› 67 ildir yuyunmur, ölü heyvan əti ilə qidalanır, amma tam sağlamdır - Foto
››› "Rusiya sovet hökümətinin varisidirsə, bu hadisə ilə də üzləşməli idi"
››› 20 Yanvar və Çin...
››› Yanvarın 21-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »