Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hökumət uşaqpulu verəməkdən imtina üçün min bir səbəb uydurur
Hökumət uşaqpulu verəməkdən imtina üçün min bir səbəb uydurur

Almaniyada həm gəlir bərabərliyini təmin etmək, həm də gənclərin iqtisadi həyata daha rahat keçmələrini təmin etmək üçün fərqli bir təklif irəli sürülüb. Alman İqtisadi Araşdırmalar İnstitutu 18 yaşına gələn hər Alman gəncə 20000 avro başlanğıc sərmayəsi verilməsini təklif edib. Təklif, bir çox qurumlardan dəstək gəlib.

Hökumət protokolunda, ev sahibi olmağın təşviq edilməsi, şirkət və fərdi təqaüd planlarının yaxşılaşdırlması, gəlir vergisində ödəmələrin artırılması planlarının olduğunu qeyd edən vergi mütəxəssisləri 18 yaşını bitirən hər kəsin dövlətdən belə bir vəsait almasını hamı üçün çox cəzbedici olduğunu müdafiə edib.

Mətbuata açıqlama verən institut rəhbəri Stefan Baç qeyd edib ki, bu vəsait nəğd şəkildə verilməyəcək. Cəmiyyətdəki var-dövlətin bərabərsizliyi də bu sayədə azalacaq. Bu vəsait; təhsil, təhsili inkişaf etdirmə, mülk sahibi olma, sərbəst peşə və ya iş qurmaq üçün verilə bilər. Bu təklif, Alman mətbuatı tərəfindən də diqqət çəkib.

Bu təklifin xərci, Almaniya iqtisadiyyatına 15 Milyar Avroya başa gələcək. Bu vəsaitin isə, müxtəlif fondlardan və ya əmlak vergilərindən maliyyələşəcəyi gözlənilir.

Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev uşaqlara uşaq pulu verilməsi məsələsini açıqlayarkən bunun büdcəyə 30 milyard manata başa gələcəyini vurğulamışdı. O, bildirmişdi ki, hazırda Azərbaycanda 2,7 milyon nəfərdən çox yaşı 18-ə qədər olan uşaq var. Ayda 100 manat uşaqpulu təyinatı aparılması təkliflərini nəzərə alsaq, bu, illik 3,3 milyard manat vəsait edir. Sosial proqramlar adətən 10 illik hazırlandığına görə, bu müddət ərzində uşaqpulu təminatı üçün 30 milyard manatdan çox pul tələb olunur. Nazir qeyd etmişdi ki, hazırda bu qədər vəsaitin sırf uşaqpulu üçün ödənilməsi məqbul sayılmır. Çünki ölkədə demoqrafik vəziyyət yaxşıdır. Proqnozlara əsasən, 2045-ci ilə qədər əhalinin sayı stabil olaraq artacaq. Bunun əlavə stimullaşdırılmasına ehtiyac görmürük.

“Uşaqpulu təyinatı üçün meyarların müəyyənləşdirilməsi də çətindir. Meyarlar olsa belə, burada manipulyasiya və korrupsiya əməlləri ola bilər. Biz isə bundan qaçırıq" - deyə nazir bildirmişdi.

Nazir hesab edir ki, minimum əmək haqqını artırmaqla əhalinin rifahını yüksəltmək mümkün olacaq.

P.S. İndi isə reallığı danışaq. Azərbaycanda gənclərin əksəriyyəti, 18 yaşından sonra hərbi xidmətə gedir. Qayıtdıqdan sonra isə, onlar üçün iş tapmaq və ya ali məktəbə daxil olmaq çətin olur. Hərbi xidmətə deyil, ali məktəbə gedən gənclər isə, təhsilini davam etdirə bilmək və ya həyata atıla bilmək üçün dərsdən sonra işləməli olurlar. 18 yaşından sonra gənclərin həyatı bir kənara, bu gün nazirin təbirincə desək, Azərbaycanın uşaq pulu ödəməyə gücü çatan büdcəsi yoxdur. Buna görə uşaq pulu vermək məqbul deyil. Daha nə deyə bilərik ki, bizim əvəzimizə Sahil Babayev hər şeyi deyib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »