Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yuxuda ağlamağın yozumu nədir...
Yuxuda ağlamağın yozumu nədir...

Yuxular başımıza gələcəklərin xəbərçisidir. Bəzən gördüyümüz yuxular atılacaq addımlardan, başımıza gələcəklərdən qoruyur, bəzən də yol göstərir. Yəqin ki, çoxunuz bir gecə hönkürtü ilə ağlaya-ağlaya yuxudan durmusunuz və yaxud yuxunun dərinliyindən hıçqırıqlarınızı eşitmisiniz.

Yuxuda ağlamağın yozumu nədir?

Çoxu deyir "sevinməkdir", bəziləri xoş xəbər deyir. Bəziləri deyir ki, ağlamaqdır, qəm-kədər mənasını verir. Bizim üçün isə, yuxuda ağlamaq tapılmayan sərmayədir. Yəni yuxuda ağlamaq, çox xeyirli yuxudur.

Əgər yuxuda Allah qorxusu ilə ağlayırsınızsa, bu, kədərin getməsinə və xoşbəxtliyin gəlməsinə işarədir. Əgər ağladığınız halda gözlərinizdən yaş axmırsa, bu xəyal qırıqlığına işarədir.

Yuxuda qışqırmadan, hönkürmədən sakit-sakit ağladığını görən şəxs uzun ömür sürəcək.

Yuxuda isti gözyaşı kədər mənasını verir. Soyuq gözyaşı isə, qəm-kədərdən qurtulmaq deməkdir.

Yuxuda ağlamaq

Yuxuda ağlayan şəxs çox sevinəcək, ağladığı üçün gözlərinin dolduğunu görən şəxs halal mal qazanacaq. Yüksək səslə, qışqıraraq, fəryad edərək, əlini üzünə vuraraq yaxasını cırıb ağlayan şəxs, həyatı boyu belə ağlamayacaq.

Yuxuda Allah qorxusundan ağlamaq

Yuxuda Allah qorxusu ilə ağlamaq; sevincə, fərəhə, yaxşı bir gəlcəyə işarədir. Yuxuda ağlamaq , narahat olmaq, bəzən yağışın yağmasına işarədir. Çünki gözyaşı olan yerə Allahın rəhmi gəlir.

Bəzi yuxuyozanların fikrincə isə, ağlamaq həyatda da ağlamağa işarədir.

Yuxuda kiminsə öldüyünü görüb ağlamaq, yuxunun olduğunu kimi çxımasına işarədir. Yəni həmin şəxsin ağlamasına yuxuda kimin üçün ağlayırsa, o, səbəb olacaq. Ağlamadığın halda gözdən yaş gəlməsi uzun müddətdir ki, arzuladığın bir arzunun reallaşacağına işarədir.

Yuxudan ağlayaraq oyanmaq

Yuxuda ağlayaraq oyanan şəxs tez bir zamanda sevinəcək, xoşbəxtliyə çatacaq. Çox sevinəcəyi bir xəbər alacaq. Uzun müddətdir ki, arzuladığına qovuşacaq.

Yuxuda ağlayan birini görmək

Yuxuda kiminsə ağladığını görmək, sizə ümid olacaq hadisələrin baş verməsinin xəbərçisidir. Ağlayan birini görmək sevinc yaşamaq deməkdir. Yuxuda kiminsə ağladığını görmək sakit və xoşbəxt günlərə işarədir. Pis günlər geridə qalacaq və yaşanılan bədbəxtliyin bitəcəyinin xəbərçisidir.

Yuxuda ağlayan birini görən yuxu sahibi subaydırsa, arzuladığı toyu edəcək. Yuxuda kiminsə ağladığını görmək, Allaha yaxın olmaqdır. Eyni zamanda yuxuda kiminsə ağladığını görən şəxs, yuxuda gördüyü şəxsdən xeyirli bir xəbər alar. Yuxu sahibi ağlayanın hıçqırıqlarını eşidirsə, yüksək vəzifəyə və ya məqama çatacaq.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »