Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Emin Həsənli: “Hər addımda onların faəliyyətini hiss edirik”
Emin Həsənli: “Hər addımda onların faəliyyətini hiss edirik”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə bir qrup Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib. “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli sərəncamı şərh edərkən bildirib ki, FHN əməkdaşlarının fəaliyyəti hər addımda hiss olunur.

“Hər şeydən əvvəl digər hərbi strukturlarla yanaşı FHN əməkdaşlarının Vətən müharibəsi dövründə fəaliyyətini qeyd etmək istəyirəm. Düşmənin mülki yaşayış məntəqələrini atəşə tütdüğu vaxt bzi hamımız onların necə fəaliyyət göstərdiyinin şahidi olmuşuq. Müharibədən əvvəl cəbhə bölgələrində sığınacaqların hazırlanması, hər bir ekstrimal şəraitə uyğun fəaliyyət üçün infrastrukturun yaradılması məhz FHN rəhbərliyinin planlı fəaliyyətinin nəticəsidir”.

Emin Həsənli bu ili Türkiyədə baş verən meşə yanğınları zamanı FHN əməkdaşlarının fəaliyyətini də qeyd edib: “Yadımızdadır ki, qardaş ölkənin ağır günündə Azərbaycanı ləyaqətlə təmsil edən yanğınsönndütənlərimiz hamımızı necə təsirləndirdi. Onların fəaliyyətini izlədikcə fəxarət hissi keçirirdik”.

“Kür daşğınları vaxtı, müxtəlif zamanlarda baş verən zəlzələlərdə və digər təbii fəlakətlərdə FHN əməkdaşlarının fəaliyyəti də gözümüzün qabağındadır. Hər addımda biz bu strukturun fəaliyyətini hiss edirik və onlara güvənizirk” – deyə birlik sədri qeyd edib.

Emin Həsənli onu da əlavə edib ki, son zamanlar həm Silahlı Qüvvələrdə, həm də digər hərbi strukturlarda islahatlar aparılır: “Bu islahatlar yeni qoşun növlərinin, baş idarələrin yaranması, yeni infrastrukturların qurulması ilə müşayiət olunur ki, bu zaman da hərbi qulluqçulara yeni rütbələrin verilməsi qanunauyğun haldır”.

Herbiand.az

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »