Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna prezidenti Vladimir Zelenski məhkəməyə çağırılıb
Ukrayna prezidenti Vladimir Zelenski məhkəməyə çağırılıb

Ali Məhkəmə Ukrayna prezidenti Vladimir Zelenskini xalq deputatı Pyotr Poroşenkonun iddiası əsasında inzibati iş üzrə məhkəmə iclasına çağırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Poroşenkonun vəkili İhor Holovan müvafiq dindirilmə çağırışını "Facebook" səhifəsində paylaşıb.

Çağırış vərəqəsinin mətnində işin nədən ibarət olduğu göstərilmir, sadəcə olaraq, iclasın “hərəkətsizliyin qanunsuz tanınması və müəyyən hərəkətlərin görülməsi öhdəliyi haqqında” inzibati işə həsr olunacağı bildirilir.

Çağırış vərəqəsinin mətnində bildirilir ki, iclas dekabrın 28-i saat 15:00-a təyin edilib.

Məhkəmə prosesinə hakim İrina Honçarova sədrlik edir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »