Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident hərbi qulluqçularla bağlı fərman imzalayıb
Prezident hərbi qulluqçularla bağlı fərman imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında fərmanı imzalayıb.

Bizimyol.info xəbər verir ki, Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, Fərmanda əsasən:

“İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 iyun tarixli 2727 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edildiyini nəzərə alaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həmin əlavənin şamil olunmadığı həqiqi hərbi xidmət hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əməliyyat briqadalarının və əlahiddə ümumqoşun ordusunun tabeliyində olan xüsusi təyinatlı briqadaların hərbi qulluqçuları istisna olmaqla) aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən ediləcək.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 20 faiz artırılacaq.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll edəcək.

Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan əlavə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış say və tərkibə uyğun olaraq, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən ödənilsin.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görəcəklər.

Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

Paylaş »
››› Kremlin aşpazı Putinin yemək sirlərini açıqlayıb
››› Pensiyasını almaq üçün cəsədi poçt şöbəsinə aparıblar
››› Rusiyada buzlu çaya girən qadın yoxa çıxdı - Video
››› Yanvarın 23-nə olan hava proqnozu
››› NK karantin rejiminin dəyişməsi ilə bağlı qərarlar qəbul edib
››› Yuxuda dəniz görmək nə vəd edir - Yuxuyozma
››› ABŞ-ın yeni hərbi yardımı Ukraynaya çatdırılıb
Son xəbərlər
Bütün xəbərlər »