Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Binaları bəzəməklə yox, əsaslı şəkildə işlər görməklə məşğul olunmalıdır”
“Binaları bəzəməklə yox, əsaslı şəkildə işlər görməklə məşğul olunmalıdır”

Bakının mərkəzində üstü bəzək, altı isə heç də xoş olmayan mənzərələrlə dolu binaların sayı hədsiz çoxdur. Hətta üstü bəzədilən binaların bir çoxlarında yaşayan vətəndaşlar bildirirlər ki, üzlük vurulduqdan sonra yaşayışları daha da çətinləşib, vurulan üzlüklərin bir çoxu ciddi problemlər yaradır.

Əmlak eskperti Elnur Fərzəliyev Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, köhnə binaların üzü boyanır, üzlük vurulur, amma binaların içərisi bərbad vəziyyətdədir.

“Bu gün baxsaq görərik ki, bir çox köhnə binalara üzlüklər vurulur. Köhnə binaların isə çox hissəsi istismar müddətini başa vurub. Hətta 100-dən artıq bina qəzalı kimi qeydiyyata alınıb. Bunlara hansısa formada daş aqlay üzlük vurularsa, binanın yükünü artırar və hətta binanın uçmasına kimi gətirib çıxara bilər. Amma vurulan üzlüklər tez alışan, çox qısa vaxt ərzində ovulub tökülən üzlüklərdir.

Düşünürəm ki, bu gün binaların xarici görünüşü ilə bərabər həm də içərisi də təmir olunmalıdır. Bu xarici görünüş kimin üçünsə yaxşı görünə bilər, amma orada yaşayan vətəndaşların bir məmnuniyyəti yoxdur. Binaları bəzəməklə yox, əsaslı şəkildə işlər görməklə məşğul olunmalıdır. Bu binalar ya təmir olunmalı, ya da sökülməlidir. Bu gün təbii ki, hamısını sökülə bilməz. Ona görədə bu binaların hansısa formada dayanıqlılığını qoruyub saxlamaq lazımdır.

Binalar var ki, qarşı tərəfini elə şüşələyirlər ki, pəncərələr açılmır, vətəndaş kondisioner quraşdıra bilmir, kombi aparatının borusunu çıxara bilmir. Şəhərdə bu tip binalar çoxdur.

Bu əmlaklar vətəndaşın mülküdür və orada aparılan hər hansısa bir prosesin vətəndaşın rahatçılığını pozması heç qanunla da düzgün deyil”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »