Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milləti qardan küskün salan dövlət qurumları
Milləti qardan küskün salan dövlət qurumları

Bir neçə gündür ki, dövlət qurumları hava şəraitinin kəskin dəyişəcəyi, qar yağacağı ilə bağlı xəbərdarlıqlar edirlər. Biz qara camaatda haya düşmüşük bilmirik daha nə tədbir görək. Bilirik ki, göydən bir-iki qar dənəsi düşən kimi vəziyyətimiz acınacaqlı olacaq.

Bu gün mən də 23-24 dekbar tarixlərinə qar yağacağı proqnozunu verdikləri üçün səhər gözlərimi açan kimi uşaqlıqda etdiyim şeyi təkrarladım. Yerimdən dərhal qalxıb, pənəcərəyə doğru qaçdım və həyətə, evlərin damına baxmağa başladım. Uşaq olanda səhərlər durub belə qar axtarırdım, qar görmədikdə isə çox məyus olurdum. Amma bu dəfə mən böyümüşdüm. Düşüncələrim, istəklərim fərqli idi. Heç vaxt ağlıma gəlməzdi ki, haçansa qarın yağmadığını görüb bu qədər sevinərəm. Açığı yenə qarı sevirəm, amma indi dərk edirəm ki, qar bizim ölkəyə yaraşmır və özü ilə birgə nə qədər problem gətirir.

Bir neçə gün əvvəl Belarusiyaya səyahət etmiş bir yaxınımla danışırdım. Deyirdi ki, oraya durmadan qar yağır, şaxta o qədər çoxdur ki, az qala ağzımızın suyu donur. Mənim isə ona ilk sualım bu oldu ki, “buz bağlayan yollarda avtomobillər necə hərəkət edir?”. O isə mənim bu sualıma gülmüşdü və demişdi ki, “bura qar təmziləyən maşınlar dayanmadan işləyir. Yollarda nə su, nə qar yığıntıları qalmır ki, hələ bir donsun, gediş-gəlişə maneə yaratsın”. Açığı bunu eşidəndə sualımın bizim bugünümüzdən xəbər verdiyini anladım. Axı biz öyrəşmişik yağışa, qara, küləyə hazırlıqlı olmamağı. Qar yağan kimi buz bağlamış yollarda sürüşməyi, yağı yağan kimi gölməçələrdə üzməyi, külək əsən kimi binaların damlarının, fasadlarının havalarda rəqs etməsini…

Çox acınacaqlı haldır ki, dövlət qurumları artıq bizi fəsillərdən belə küskün salıb. Uşaqlıqdan ağlığına heyran qaldığımız, yumşaqlığından həzz aldığımız qardan belə qorxacaq hala gətirib.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Ziddiyyətli açıqlamalar: Evlər ucuzlaşacaq, yoxsa bahalaşacaq?
››› Orta statistik Azərbaycan ailəsi istirahətin nə olduğunu həyatı boyu bilməyəcək
››› "Deputatlar oldular, ya olmadılar.., heç bir fərqi yoxdur"
››› Ucuz və baha kolbasanın fərqi: "İçində ətdən başqa hər şey var"
››› Yuxuda ağlamağın yozumu nədir...
››› Sakit okeanda Tonqa krallığını sunami viran edib - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »