Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Köhnə pulları avroya dəyişmək olar
Köhnə pulları avroya dəyişmək olar

Avropa dövlətlərinin bir çoxu 20 ildən çoxdur avronun xidmətindən istifadə edir. Rəsmi olaraq 19 ölkədə bu valyuta maliyyə əməliyyatlarında işlənir. Hələ 2013-cü ildə dövriyyədə 951 milyard avronun olduğu bildirilirdi. İndi rəqəm daha da yüksəlib. Hərçənd, həmin ölkələrdə keçmiş valyuta əskinaslarını da tam toplamaq mümkün olmayıb.

Bizimyol.info xəbər verir ki, Almaniya avronu əsas pul vahidi kimi qəbul edən ilk 11 ölkədən biridir. Amma milyardlarla dollar dəyəri olan markalar hələ də təhvil verilməyib. Almanların keçmiş valyutaya sevgisi təəccüb doğurur. Halbuki Avropa ölkəsində köhnə pulları avroya dəyişməyə indi də şərait yaradırlar.

Leyptsiqdə heyvanlarının müdafiəsi ilə məşğul olan qeyri-hökumət təşkilatlarından biri maraqlı hadisə ilə qarşılaşmışdı. Hədiyyə olunan komodda 27 min 700 marka aşkar olunmuşdu. Bu isə 14 min 163 avro demək idi. Komodun mərhum sahibi markaları ev əşyasında gizlədibmiş. Təşkilata hədiyyə verən həmin şəxsin yaxınlarının bundan xəbəri olmayıb.

Almaniya Federal Bankının (Bundesbank) idarə heyətinin üzvü Yohannes Berman deyir ki, əvvəllər əşyalar həm də seyf funksiyasını daşıyırdı. Xeyli varlı alman hətta pulu hansı köhnə əşyanın içində gizlətdiyini də unudub. Komodun sahibinin da bənzər taleyi yaşaması mümkündür.

Noyabrın sonlarında Bundesbankda 43.1 milyon markanın avroya çevrildiyi açıqlanıb. Təxminən 22 milyon avro əldə edilib. Bundesbankdan bildirilib ki, daha 12.35 milyard marka əhalidə qalıb. Almaniya Federal Bankı valyuta dəyişmək üçün konkret müddət qoymayıb. Yəni evdə marka saxlayanlar istənilən vaxt həmin əsginasları avroya dəyişə bilər.

Çevik davrananlar az deyil. Bonn yaxınlığındakı Hennef şəhərində bir sakin qonşunun evinə oğurluğa girəndə onun markalarını da götürmüşdü. Oğru sonradan həmin pulları avroya dəyişmişdi.

Bundesbankda düşünürlər ki, köhnə pulların böyük hissəsi Almaniyadan kənardadır. Taleyi qeyri-müəyyən qalan əskinaslar da çoxdur.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »