Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Myanmada itkin düşən mədənçilərin "sağ qalma şansı çox azdır"
Myanmada itkin düşən mədənçilərin "sağ qalma şansı çox azdır"

Myanmanın Kaçin əyalətində baş verən sürüşmə nəticəsində onlarla mədənçi uçqun altında qalaraq itkin düşüb.

Bizimyol.info "aljazeera"yə istinadən xəbər verir ki, Fövqəladə Hallar İdarəsi rəsmisi, kapitan Pyae Nyein sözlərinə görə, dağıntılar altında qalanların sağ qalmaq şansı çox azdır: "Gecə xilasetmə əməliyyatları dayandırılıb və bir nəfərin meyiti tapılıb".

İdarə rəsmisi "Reuters" xəbər agentliyinə: "Nə qədər itkin düşdüyünü təxmin etmək çətindir, lakin ən azı 50 nəfərin itkin düşdüyünü güman edirik və bildiririk ki, onların sağ qalma şansları çox azdır", - deyə bildirib.

Hpakant, əsasən Çinə ixrac üçün qiymətli daşlar axtarışı aparan yoxsul işçilərin cəlb edildiyi ölkənin gizli mədən sənayesinin mərkəzidir.

İlkin məlumatlarda 70-100 nəfərin itkin düşdüyü bildirilsə də, sonradan onların sayı ən azı 50 nəfərə endirilib. Xilasedicilər 25 nəfərin xəstəxanaya göndərdiyini və bir meyitin aşkarlandığı barədə məlumat veriblər.

Bizimyol.info

Paylaş »
››› Bakıda qəribə olay: Vəkil qarşı tərəfi döyməkdə günahlandırılır
››› Boş verin heykəlləri-filan...
››› Doğuşlara qoyulan fantastik qiymətlər: Hansı günümüzə yaraşır?..
››› Sabiq biznesmen deputat Qarabağ qazisinə "pul atmaqda" ittiham olunur
››› Yas məclisi təşkil edən polis rəisinə yumruq vurub
››› Eldar Həsənova hökm oxunub
››› Hacı Zeynalabdin Tağıyev bu gün sağ olsaydı…
Son xəbərlər
Bütün xəbərlər »