Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Media haqqında” Qanun layihəsinin növbəti müzakirəsi keçirilib
“Media haqqında” Qanun layihəsinin növbəti müzakirəsi keçirilib

Medianın İnkişafı Agentliyində Milli Məclisin Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və İnsan hüquqları komitəsinin sədri Zahid Orucun iştirakı ilə “Media haqqında” Qanun layihəsinin növbəti müzakirəsi keçirilib.

"Report" xəbər verir ki, müzakirədə Milli Məclisin bir neçə deputatı və bir sıra media subyektlərinin nümayəndələri çıxış ediblər.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov görüşdə səsləndirilən sualları ətraflı cavablandırıb, rəy və təkliflərə münasibətlərini bildiriblər.

“Media haqqında” Qanun layihəsinin müzakirələri davam etdirilməkdədir.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »