Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hüseyn Əmir Abdullahian: “Azərbaycanla İran arasında önəmli razılıqlar əldə olunub”
Hüseyn Əmir Abdullahian: “Azərbaycanla İran arasında önəmli razılıqlar əldə olunub”

“Azərbaycanla İran arasında önəmli razılıqlar əldə olunub”.

“Report”un xəbərinə görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, müxtəlif ideyalar irəli sürülüb və əlaqələrin inkişafı sürətlə davam edəcək: "Azərbaycanı öz ərazilərini işğaldan azad etməsi münasibəti ilə təbrik edirəm. İranın yeni hökumətinin prioriteti Azərbaycanla əlaqələri maksimum səviyyədə inkişaf etdirməkdir”.

Nazir qeyd edib ki, yeni hökumət İran, Azərbaycan, Türkiyə və Rusiya arasında dördtərəfli əlaqələrin inkişaf etdirilməsini istəyir: "Bundan başqa, 3+3 formatı çərçivəsində görüşlər təşkil edilir".

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »