Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan XİN başçısı: “Biz bu dialoqun mövcudluğunu faydalı hesab edirik”
Azərbaycan XİN başçısı: “Biz bu dialoqun mövcudluğunu faydalı hesab edirik”

"3+3" formatı çərçivəsində baş tutan birinci iclasın heç bir gündəmi yox idi, ancaq müsbət məqam ondan ibarətdir ki, Moskvada diskusiyalar konstruktiv məcrada gedib”.

APA-nın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla Bakıda görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, iclasda nəqliyyat, kommunikasiya, humanitar məsələləri, etimad quruculuğu tədbirlərinin vacibliyi, təhlükəsizlik məsələlərinin müzakirəsi qərara alınıb: “Bu görüşlərinin rotasiya formasında keçirilməsi ilə bağlı razılıq əldə olunub. Həmçinin, bildiyiniz kimi, bu XİN səviyyəsində keçirilən görüş idi, lakin iclasda gələcəkdə ehtiyac olarsa, başqa qurumların da iştirakı barədə razılıq əldə olunub”.

C.Bayramov əlavə edib ki, gələcəkdə bu çərçivədə daha yüksək səviyyəli görüşlərin keçirilməsi də istisna olunmur: “Biz bu dialoqun mövcudluğunu faydalı hesab edirik. İlk görüşdə həmçinin razılıq əldə olundu ki, bu görüşlərdə yalnız Cənubi Qafqazda olanlar deyil, həm də regiona qonşu ölkələrdə baş verən proseslər və onun regiona təsirləri də müzakirə olunacaq”.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »