Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin “Continental” təkərlərinə müharibə elan etdi
Çin “Continental” təkərlərinə müharibə elan etdi

Çin üçün Tayvanın müstəqilliyindən danışılması olduqca həssas məsələdir. Pekin belə şeyləri bağışlamır. Çin-Litva münasibətlərinin korlanmasının əsas səbəbi də budur.

Bizimyol.info xəbər verir ki, Asiya dövləti postsovet ölkəsi ilə ticarət müharibəsinə başlayıb. Litvanın Tayvanı müstəqil ərazi kimi qəbul etmək niyyəti Çini özündən çıxarıb. Ölkələr arasında gərginlik yaranıb. Bunu “siyasi münaqişə” adlandıranlar da var. Çin Litvanı cəzalandırmaq qərarına gəlib. Bu məsələdə Almaniya şirkətlərindən biri zərər görməyə başlayıb. Noyabrda Vilnüsdə Tayvanın nümayəndəliyinin açılması “Continental”ın işinə əngəl yaradıb. Çin avtomobil sənayesində keyfiyyətli hissələrin, təkərlərin istehsalı ilə ad çıxarmış şirkətə məhsullarını daha göndərməməyi bəyan edib.

Niyə “Continental”? Çünki şirkətin Litvanın Kaunas şəhərində böyük zavodu var. Bu sənaye layihəsi postsovet ölkəsinin iqtisadiyyatı üçün çox əhəmiyyətlidir. Çin belə şantaj yoluna əl atmaqla istəyinə çatmaq istəyir. Yəni Tayvanla hər hansı münasibətlərdən söhbət gedə bilməz.

“Continental”ın bütün dünyada 30 böyük müəssisəsi var. Şirkət getdikcə istehsalı artırır. Almaniya təmsilçisi Kaunasdakı zavodun gücünü də artırmağı planlaşdırırdı. Qarşıdakı 5 ildə ortaya daha 95 milyon avro qoyulmalı və yeni 1000 iş yeri açılmalıydı.

Bütün qeyd olunanları nəzərə alsaq, Litva üçün xoşagəlməz vəziyyət yaratmaq cəhdini anlamaq mümkündür. Çin “Continental” üçün böyük bazardır. Almaniya şirkəti belə ciddi müştərini itirmək istəməzdi.

Avropa İttifaqının mövqeyi məlumdur. Köhnə qitədə Tayvanın müstəqilliyə qovuşmaq haqqının olduğunu düşünürlər. Çin almanların bu məsələ barədə nə fikirləşdiyini yaxşı anlayır. Problemlə üzləşən təkcə “Continental” deyil. Almaniyanın bir sıra şirkətlərinin Çin bazarına yolu bağlanıb. Pekin hər hansı siyasi müqaviməti qəbul etmir.

İndi Almaniya hökumətinin yeni rəhbərliyi siyasi münaqişənin həlli haqqında düşünməlidir. Həm “Continental”, həm də Litva iqtisadiyyatı bu qərardan mümkün qədər az itki görməlidir.

Bizimyol.info

Paylaş »
››› “Putin gözlənilməyən yerə hücum edəcək” - Siyahıda hansı ölkələr var?
››› Baş Prokurorluq "Ştutqart"-ın sahibi olan keçmiş deputatla bağlı cinayət işi açıb
››› Dolların bahalaşması təxirə düşdü: Dünyada baş verənlər manatı möhkəmləndirir...
››› Ət niyə bahalaşdı və ya "pulu kreditə ödəyək, yoxsa cəriməyə"...
››› Nazarbayev son çıxışında nələrə eyham vurdu: “Ola bilər, təhlükəsizlik zəmanəti alıb”
››› Prezident İradə Gülməmmədovanı vəzifəsindən azad edib
››› Lukaşenko referendumun vaxtını açıqladı
Son xəbərlər
Bütün xəbərlər »