Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İmtahanlarda zal nəzarətçisi olmaq istəyənlərin sayı açıqlanıb
İmtahanlarda zal nəzarətçisi olmaq istəyənlərin sayı açıqlanıb

Dövlət İmtahan Mərkəzi tərəfindən ictimaiyyətin daha geniş hissəsinin imtahan prosesinə nəzarətçi qismində cəlb edilməsi məqsədilə 2018-ci ildən zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması layihəsi həyata keçirilir. Bu il sertifikasiyadan keçib imtahanlara cəlb olunmaq üçün 1300-dən artıq müəllim müraciət edib.

Bizimyol.info-nun xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu il keçirilən buraxılış və qəbul imtahanlarında fərqlənmiş zal nəzarətçiləri və imtahan rəhbərləri ilə görüşündə deyib.

O qeyd edib ki, bu il keçirilən imtahanlara nəzarətçi qismində cəlb edilməsi nəzərdə tutulan müəllimlərin sayı 16346 nəfər olub. İl ərzində keçirilən imtahanlara 13726 nəzarətçi 38983 dəfə, o cümlədən buraxılış imtahanlarına 10903 nəzarətçi 23951 dəfə, ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının II mərhələsinə 5710 nəzarətçi 6743 dəfə, digər imtahanlara isə 3824 nəzarətçi 8289 dəfə cəlb edilib.

Son xəbərlər
Bütün xəbərlər »