Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya vətəndaşı Şaxta Babanı məhkəməyə verib
Rusiya vətəndaşı Şaxta Babanı məhkəməyə verib

Uşaqların sevimlisi olan Şaxta Babaya münasibət birmənalı deyilmiş. Böyüklərdən onu xoşlamayanlar var. Rusiyada Şaxta Babanı məhkəməyə veriblər.

Bizimyol.info xəbər verir ki, 23 yaşlı hüquqşünas İqor Mirzoyev ağlasığmaz addım atıb. O, Voloqod vilayətinin Velikoustyuqski məhkəməsinə idda ərizəsi ilə müraciət edib. Hüquqşünas Şaxta Babadan 10 milyon rubl (təxminən 140 min dollar) və 23 hədiyyə istəyir.

İqor Mirzoyev hesab edir ki, Yeni il qəhrəmanı vəzifəsini yerinə yetirmir, əksinə, rusiyalılardan çoxlu pul toplayır. İddiaçı özünün neçə dəfə gözlənilən hədiyyəni almadığını, arzularının həyata keçmədiyini bildirib.

Məhkəmədə iddia ərizəsinə çox təəccübləniblər. Mətbuata açıqlamada ərizənin qəbul olunduğu bildirilib. Amma əlavə edilib ki, normal adam belə addım atmazdı.

Rusiyada fəaliyyət göstərən Şaxta Baba iqamətgahından hadisəni şərh etmək istəmədiklərini deyiblər.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »