Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa ölkəsi qaraçı cinayətlərinə qarşı mübarizə aparır
Avropa ölkəsi qaraçı cinayətlərinə qarşı mübarizə aparır

Sloveniyada qaraçı cinayətləri artıb. Vəziyyət o qədər mürəkkəbləşib ki, Avropa ölkəsi bu tendensiyaya qarşı ciddi mübarizə aparmağa başlayıb.

Bizimyol.info xəbər verir ki, Sloveniya polisi bir çox reydlər keçirmək məcburiyyətində qalıb. Çünki atılmış qaraçı kəndlərində oğurluğun və vandalizmin səviyyəsi böyük narahatlıq yaratmağa başlayıb. Polis həmin yaşayış məntəqələrinə tez-tez baş çəkməyə başlayıb. Dobruşka Vas qəsəbəsində yaşayan Brigit Braydiç polislərlə söhbətində deyir ki, onun ailəsi heç vaxt oğurluq etmir: “Başqalarına cavabdeh deyiləm”.

Dobruşka Vasın yerləşdiyi Şkotsyan bölgəsindən şikayətlər çox gəlir. Polisdən asayişi qorumaq tələb olunur. Xüsusilə sahibkarlar narahatdır. İş adamları böyük əziyyət çəkir. Çox vaxt onlar hədəf seçilir.

Şkotsyanın meri Yoje Kapler bildirir ki, qaraçılar başqalarının əmlakına böyük zərər vurur: “Təkərləri doğrayırlar, tarlalarda oğurluq edirlər, harada gəldi ocaq qalayırlar. Onların yaşayış yerlərində də həmişə səs-küy olur. Əslində, qaraçılara iş tapmaq çox çətindir. Dövlət onlar üçün hər hansı sosial müəssisə açsa, nəzərəçarpan inkişaf olar”.

“Amnesty International” qeyri-hökumət təşkilatının hesablamasına görə, Sloveniyada 11 min qaraçı yaşayır. Onların əksəriyyəti təcrid olunmuş qəsəbələrdə, xarabalıqlarda məskunlaşıb. 7 il əvvəl Dobruşka Vasda yaşayan qaraçı ailələrindən biri Avropa Məhkəməsinə susuzluqdan şikayət göndərmişdi. Sakinlərdən Vesna Braydiç deyir ki, indi su məsələsi qismən həllini tapıb, amma işıq yoxdur.

Avropada məskunlaşmış qaraçı uşaqların yarısı orta təhsil almır. Dobruşka Vasda barmaqla sayılacaq qədər qız uşağı məktəbə gedir. Qızların əksəri yeniyetmə yaşlarında hamilə qalır. Sloveniyanın Xarici İşlər naziri Frank Kanqler ciddi tədbirlər planından danışır. Onun bildirdiyinə görə, övladlarını məktəbə göndərməyən valideynləri sosial müavinətlərdən məhrum etməyə hazırlaşırlar.

Xüsusilə qaraçı gənclər cinayətkar qruplaşmaların maraq dairəsindədir. Onları rahatca əməkdaşlığa cəlb etmək olur. Sloveniya hökumətinin əsas narahatlıqlarından biri də budur.

Bizimyol.info

Paylaş »
››› “Putin gözlənilməyən yerə hücum edəcək” - Siyahıda hansı ölkələr var?
››› Baş Prokurorluq "Ştutqart"-ın sahibi olan keçmiş deputatla bağlı cinayət işi açıb
››› Dolların bahalaşması təxirə düşdü: Dünyada baş verənlər manatı möhkəmləndirir...
››› Ət niyə bahalaşdı və ya "pulu kreditə ödəyək, yoxsa cəriməyə"...
››› Nazarbayev son çıxışında nələrə eyham vurdu: “Ola bilər, təhlükəsizlik zəmanəti alıb”
››› Dünyanın ən bahalı evi hərraca çıxarılıb - Foto
››› Prezident İradə Gülməmmədovanı vəzifəsindən azad edib
Son xəbərlər
Bütün xəbərlər »