Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda çoxuşaqlı ailələrin sayı niyə azalıb
Azərbaycanda çoxuşaqlı ailələrin sayı niyə azalıb

"Azərbaycanda son illərdə ölkə üzrə doğum səviyyəsinin aşağı düşməsi müşahidə olunur".

Bizimyol.info xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sosial Tədqiqatlar Mərkəzinin birgə həyata keçirdiyi “Azərbaycanda mövcud ailə münasibətləri: sosial-psixoloji təhlil” ictimai rəy sorğusu və sosioloji tədqiqatın nəticələrində əksini tapıb. Qeyd edilib ki, çoxuşaqlı ailələrin sayının azalması və təkuşaqlıların sayının artması narahatlıq doğuran tendensiyalardandır. Təkuşaqlı ailələrin artmasının sosial-psixoloji səbəbləri də ön sıralardadır. Ailədə uşaqların sayının azalması ailənin reproduktiv və tərbiyə funksiyalarının müəyyən qədər pozulmasına dəlalət edir.

Niyə çoxuşaqlı ailələrin sayı azalıb?

İqtisadi vəziyyət, dünyaya baxışın dəyişməsi, pandemiyadan sonra həyata tərzinin dəyişməsi, psixoloji vəziyyət bir çox ailələrin çox uşaq arzulamasının qarşısına keçir.

Sosioloq Tərlan Ağayeva Bizimyol.info saytına açıqlamasında bildirib ki, indi ailələr az uşağa üstünlük verməyə başlayıb. Bunun səbəbləri isə, müxtəlifdir. Belə ki, son dövrlərdə yaşam tərzinin ağırlaşması, müasir texnologiyaların artması, sosial şəbəkələr və s. bu kimi amillər ənənəvi ailə modelini pozub. Artıq əvvəllər olduğu kimi insanlar ailə qurub oğul-uşaq sahibi olmaq barədə düşünmür.

“İndi ailə həyatı qurarkən madiyyata daha çox önəm verilir. Qızlar evi-işi-avtomobili olan oğlanla ailə qurmaq istəyir, oğlanların bəzi hissəsi isə, ailə qurmaq deyil, kiminləsə yaşamağa üstünlük verir. Ənənəvi ailə modeli, yavaş-yavaş aradan çıxmağa başlayır. Buna görə də fikir versəniz görərsiniz ki, ailələrin çoxu uzağı 5 il davam edir. Təbii ki, həyata baxışın dəyişməsi ailələrdə uşaqlaırn sayının azalmasına da səbəb olur. İndi ailələr az olsun, yaxşı təhsil alsın, sağlam böyüsün prinsipi ilə uşaq dünyaya gətirir. Başa düşülən haldır. Çünki iqtisadi vəziyyət təkcə Azərbaycanda deyil, bütün ölkələrdə çətinləşir. Və bu gün ailə həyatı quran qadın və kişilər düşünür ki, 1 uşaq olsun ona yaxşı baxa bilim”. - deyə sosioloq bildirib.

Sosioloqun sözlərinə görə, əvvəlki ailə modeli, ailələrə 5-6-10 uşağın dünyaya gətirilməsi ənənəsi çətin ki, bir də ola. Çünki heç kim övladını çətinliklə böyütmək istəmir. İnsanları keçim dərdi düşündürür. Hətta bəzi ailələr var ki, ailə həyatı qurduqdan bir neçə il sonraya uşaq planlayır. Bu tendensiya yaxşıdırmı? Biz buna cavab verə bilmərik. Amma hər halda, uşaq dünyaya gətirib baxımsız saxlamaq, maraqlanmamaq, laqeydlik sərgiləmək, azyaşında əməyə cəlb etmək, erkən nikaha cəlb etmək əvəzinə dünyaya gətirməmək daha yaxşıdır.

Psixoloq Rəvanə Quliyeva deyir ki, çoxuşaqlı ailələrin azalması yaxşı hal hesab edilə bilər. Çünki bu, ailələrin planlı şəkildə dünyaya övlad gətirməsindən xəbər verir.

“Bəzi ailələr var ki, 7-9 uşaq var. Ananın uşaqlarının harda nə işlə məşğul olduğundan xəbəri yoxdur. Ancaq bir övlad olanda, valideynlər bütün diqqəti onun üzərinə cəmləyir. Və həmin uşaqlar daha sağlam böyüyür. Məsələnin psixoloji tərəfində isə. qorxu durur. Çox uşaq olarsa necə saxlayaram, maddi sıxıntılarım olarsa necə baxaram, işim olmasa nə edərəm? Bu kimi suallar insanları uşaq dünyaya gətirmək məsələsində bir qədər düşündürür” - deyə psxioloq qeyd edib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »