Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Satılan, icarəyə verilən bağça əraziləri və binaları: Hansı tədbirlər görüləcək...
Satılan, icarəyə verilən bağça əraziləri və binaları: Hansı tədbirlər görüləcək...
Heç birimizə sirr deyil ki, Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin problemləri saymaqla bitməyəcək qədərdir. Bu problemlərdən ən gözgirəni və ən dəhşətli olanı isə bağçalara uşaqların rahat oynaması, hava alması üçün ayrılmış həyətyanı torpaq sahələrin satılması, ticarət obyektlərinin tikilməsi və icarəyə verilməsidir. Hətta elə bağçalar var ki, az qalırlar binanı da hansısa formada icarəyə versinlər.

Az qala “gözümüzə girən” bu problemə nədənsə illərdir dövlət qurumları tərəfindən göz yumulur. Təhsil Naziliyi necə bu məsələ göz yumacaq, yoxsa hansısa addımlar atacaq?

Təhsil eksperti Elşən Qafarov məsələ ilə bağlı Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, dövlətin bu obyektləri, mülkləri sökmək hüququ var.

Elşən Qafarov Elşən Qafarov

“2010-cu ildə dövlət mülkiyyətində olan məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsinə icazə verilməsi ilə bağlı sərəncam verilərkən, orada belə bir cümlə var idi ki, “özəlləşdirilən məktəbəqədər təhsil müəssisələri yalnız profilinə uyğun olaraq, yəni, fəaliyyət istiqaməti üzrə işləyə bilər”. Yəni orada yalnız məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərə bilər. Oranın özəlləşdirilməsindən sonra şəxsi mülklərin, ticarət obyektlərinin tikilməsi qanundan kənardır və bu səbəbdən də dövlət bununla bağlı addım ata bilər. Hətta həmin özəlləşdirmə ilə bağlı müqaviləni ləğv edə bilər. Çünki özləlləşdirilərkən bunu özəlləşdirən mülkiyyətçi özünə öhtəlik götürmüşdü ki, məktəbəqədər təhsil müəssisəsinin binasından, sahəsindən yalnız bu sahə üzrə yəni, uşaq bağçası kimi istifadə edə bilər. O, öhtəliyi yerinə yetirmədiyi üçün dövlətin tam hüququ var ki, müqaviləni ləğv etsin və özəlləşdirilmiş müəsssisənin binası və ya sahəsi geri qaytarılsın. Orada tikilən obyektlər, şəxsi mülklər isə sökülərək, ləğv olunsun.

İnanıram ki, dövlət hətta bu addımlara da gedəcək. Çünki məktəbəqədər təhsil dünyanın inkişaf etmiş bütün ölkələrində təhsilin çox prearitet sahələsindən biridir. Bizdə də dövlətin təhsil siyasətinin on əsas prinsipi var. Onlardan biri də fasiləsizlikdir. Həmin prinsipi həyata keçirmək üçün dövlət müəyyən sərt addımlar atmalıdır”.

Leyla, Bizimyol.info

Paylaş »
››› Bakıda qəribə olay: Vəkil qarşı tərəfi döyməkdə günahlandırılır
››› Doğuşlara qoyulan fantastik qiymətlər: Hansı günümüzə yaraşır?..
››› Boş verin heykəlləri-filan...
››› Sabiq biznesmen deputat Qarabağ qazisinə "pul atmaqda" ittiham olunur
››› Hacı Zeynalabdin Tağıyev bu gün sağ olsaydı…
››› Eldar Həsənova hökm oxunub
››› Yas məclisi təşkil edən polis rəisinə yumruq vurub
Son xəbərlər
Bütün xəbərlər »