Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aidiyyatı olmayan şəxslər bağçalarda müəllim işləyir: Aqibətləri necə olacaq?
Aidiyyatı olmayan şəxslər bağçalarda müəllim işləyir: Aqibətləri necə olacaq?

Ölkəmizdə fəaliyyət göstərən bir çox məktəbəqədər təhsil müəssisələrində çalışan “müəllim”lər əslində pedaqoji təhsili olmayan, tamamilə başqa peşə sahibləridirlər. Bu problem son illərdə istər özəl, istəsə də dövlət bağçalarında demək olar ki, kütləvi hal alıb. Müəllimlik kimi ali bir vəzifəyə təyin olunanlar isə ya pul, ya dil biliyi, ya da qohumluq əlaqələri vasitəsi ilə buna nail olurlar. Elə bu səbəbdəndir ki, məktəbəqədər təhsil müəssisələrində təhsildən söhbət belə gedə bilməz.

Məktəbəqədər təhsil müəssisələri Təhsil Nazliyinə verildikdən sonra bu sahədə hansı yeniliklər olacaq? Pedaqoji təhsili olmayan insanların tutduqları vəzifələrdən uzaqlaşdırılması gözlənilirmi?

Təhsil eksperti Elşən Qafarov Bizimyol.info-nun suallarını cavablandıran zaman bildirib ki, məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinə qaytarılması bir çox istiqamətlərdə, o cümlədən bağçalarda olan kadrlarla, aidiyyatı olmayan şəxslərin işə götürülməsi ilə bağlı özbaşınalıqlara son qoyacaq.

“2011-ci ilin yanvar ayından dövlət məktəbəqədər təhsil müəssisələrinin idarəsi yerli İcra Hakimiyyəti orqanlarına verilmişdi. Bundan sonra istər dövlət, istərsədə özəl məktəbəqədər təhsil müəssisələrində böyük bir boşluq, nəzarətsizlik yaranmışdı. Dediniz hallar isə təkcə özəl müəssisələrdə deyil, dövlət mülkiyyətində olan məktəbəqədər təhsil müəssisələrində də var. Bu hallar kütləvidir.

Artıq sərəncam qəbul olunub və yanvardan başlayaraq, Nazirlər Kabinetinin müvafiq sərəncamı qüvvəyə mindikdən sonra Təhsil Nazirliyinin bu sahədə görəcəyi işlərdən biri də özəl sektorda olan məktəbəqədər təhsil müəssiələrinin istər kadr, istərsəsə də digər normativlərə uyğun müəssisələrdə yerləşdirilməsi ilə bağlı nəzarətin gücləndirilməsinə gətirib çıxardacaq. Bu böyük problemdir və düşünmürəm ki, qısa müddətə həll olunacaq. Amma ən azından həlli istiqamətində işlər görüləcək. Dövlətin konkret normativləri var. Buraya isfrastruktur, maddi-texniki baza, pedaqoji kadrlarla təminat da daxildir”.

Təhsil ekspertinin sözlərinə görə, ölkə üzrə məktəbəqədərə təhsil müəssisələrinə yaşı düşən şagirdlərin təqribən 25-30 faizə qədəri cəlb olunub. Yerdə qalan uşaqlar isə ailələrdədir və məktəbə qədər təhsilə cəlb olunmayıb.

“Güman edirik ki, təhsilin bütün pillələrinin infrastrukturu son 15 ildə necə yenilənibsə, məktəbəqədər təhsil müəsssisələri ilə bağlı da addımlar atılacaq. Çünki bu sahədə çox ciddi problemlər var. Məktəbə qədər təhsil müəssisələri yeganə təhsil müəssisəsidir ki, onların özəlləşdirilməsinə icazə verilir.

Dünənki brifinqdə də nazir məktəbəqədər təhsil müəssisələrindəki kadr məsələləri, işə qəbul ilə bağlı anons verdi və bildirdi ki, bu, mərkəzləşmiş imtahanlar vasitəsi ilə aparılacaq. Yaxşı olar ki, özəl məktəbəqədər təhsil müəssisələrinə də müəllim qəbulu həmin mərkəzləşmiş imhatanlar vasitəsi ilə aparılsın. Özəl sektorda yalnız o şəxslər işə qəbul olunsun ki, Təhsil Nazirliyinin keçirdiyi mərkəzləşmiş imtahanda uğurla iştirak etmiş olsun. Bu zaman biz biləcəyik ki, bu sektorda layiqli kadrlar pedaqoji fəaliyyətlə məşğul olurlar”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Ərdoğandan Sezen Aksuya sərt sözlər: “Uzanan dilləri qoparmaq vəzifəmizdir”
››› Kremlin aşpazı Putinin yemək sirlərini açıqlayıb
››› Pensiyasını almaq üçün cəsədi poçt şöbəsinə aparıblar
››› Yanvarın 23-nə olan hava proqnozu
››› Rusiyada buzlu çaya girən qadın yoxa çıxdı - Video
››› NK karantin rejiminin dəyişməsi ilə bağlı qərarlar qəbul edib
››› Yuxuda dəniz görmək nə vəd edir - Yuxuyozma
Son xəbərlər
Bütün xəbərlər »