Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə qızılaxtaranlar 2 min yaşı olan imarət tapıb
Türkiyədə qızılaxtaranlar 2 min yaşı olan imarət tapıb

Türkiyədə qızılaxtaranlar arxeoloqların arzulayacağı tapıntıya imza atıblar. Onlar 2 min yaşı olan imarət üzə çıxarıblar.

Bizimyol.info xəbər verir ki, Roma İmperiyası dövrünün qalıqları İzmir şəhərinin Konak ilçəsində aşkarlanıb. Üç qızılaxtaran evlərdən birinin bağında qazıntı işlərinə başlayıb. Kəməraltı bazarının yaxınlığında dar küçələrin olduğu ərazidə inanılmaz hadisə baş verib. Qızılaxtaranlar 10 metr qazandan sonra qədim imarətlə üz-üzə qaldıqlarını anlayıblar. Onlar tuneldə işi davam etdirməklə bağlı tərəddüddə qalıblar. Bir müddət sonra polis qazıntıdan xəbər tutub. Qızılaxtaranlar saxlanılıb. İşə İzmir Arxeologiya Muzeyi qarışıb. Muzeyin rəhbəri Hünkar Kəsər dərhal qazıntı yerinə gəlib. Onun dediyinə görə, qızılaxtaranlar çox dərinə getməyib. Buna görə də imarətin tam ortaya çıxarılması üçün bir az da qazmağa ehtiyac var.

Muzey rəhbərliyi çox əhəmiyyətli faktlar əldə edəcəklərinə əmindir. Hələlik Eros fiqurlarının yer aldığı mozaika nümunəsini görmək mümkündür. Təsvir olunan fiqurların əlində xoruzlar əks olunub.

Əslində, türkiyəli arxeoloqların bu ərazi ilə bağlı müxtəlif gümanları var idi. Onlar inanırdı ki, burada tarixi abidələrlə qarşılaşmaq mümkündür. Sadəcə, Kəməraltı bazarı həndəvərində obyektlərin, yaşayış yerlərinin sıxlığı çətinlik yaradırdı. Qızılaxtaranlar bir növ işi asanlaşdırıb. Gümanlar təsdiqini tapıb.

Qızılaxtaranlar istintaqa ilkin ifadəsində işin son günlər ağır getdiyini bildirib. Onlar hiss edib ki, əngəllə qarşılaşıblar. Bundan sonra bəsit yolla irəliləməyə çalışıblar. Amma polisin hadisə yerinə gəlməsi işləri korlayıb.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »