Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məktəblərdə "pul yığımının şəffaf modeli" deyərkən nazir nəyi nəzərdə tutur... - Video
Məktəblərdə "pul yığımının şəffaf modeli" deyərkən nazir nəyi nəzərdə tutur... - Video

21 dekabr tarixindəTəhsil naziri Emin Əmrullayev, Prezident İlham Əliyevin ötən gün təhsil sahəsində imzaladığı sərəncamlarla bağlı brifinq keçirib.

Nazir brifinq zamanı məktəblərdə qeyri-qanuni pul yığılması məsələsinə də toxunub. Bildirib ki, bu, bu günün problemi deyil.

“Bizim təhsilimiz inkişaf etdikcə valideynlərimizin və ictimaiyyətimizin təhsilin inkişafında hansı rolda olması və hansı vəzifələr daşıması çox ciddi müzakirə edilməli mövzudur. Çünki məktəblərdə təbii ki, hansısa yığımların olması qeyri-qanunidir və bununla bağlı ictimaiyyətin narahatçılığı bu günün söhbəti deyil. Hətta mən məktəbdə oxuduğum vaxtlarda belə bu məsələlər var idi. Yəni, bu, bizim cəmiyyətimizin xroniki problemidir.

Bir neçə  sualı biz cavablandırmağa çalışmalıyıq. Mən əminəm ki, bu açıqlamadan sonra nəsə yazılacaq və xeyli reaksiyalar olacaq. Ümid edirəm ki, bu reaksiyalar konstruktiv və sualın cavabı ətrafında olacaq. Kimiisə söyməklə olmayacaq. Çünki kimisə söymək, problemi həll etmir. Biz isə problemə həll axtarırıq. Bütün dünyada bu, belədir. Kimsə nəsə yazır, altında vətəndaşlar söyüş söyür, problem isə həll olunmur, proses bir neçə aydan sonra yenidən təkrar olunur”,- deyə bildirib.

Bundan əlavə nazir çıxışı zamanı daha bir məsələ də qaldırıb və bildirib ki, bir halda ki məktəblərdə pul yığılır, o halda bunu təhsilə şəffaf dəstək modelinə çevirək bəlkə? Nazirin bu çıxışı isə bəzi media qurumları tərəfindən təhrif olunub. Təhrif olunmuş məlumatlar isə ictimaiyyət tərəfindən etirazla qarşılanıb və hamı yazmağa başlayıb ki, “təhsil naziri məktəbdə pul yığılmasının tərəfdarıdır”.

Əslində isə nazirin demək istədiyi məsələ tamamilə başqadır. Nazirin çıxışını sona qədər izləsəniz, sizə də aydın olar: O, izah etməyə çalışıb ki, imkanlı valideynin öz ehtiyacından əlavə vəsaiti varsa, məktəbə kömək etmək istəyirsə, bu pul rüşvət şəklində deyil, şəffaf, hesabatlı şəkildə olsun. Söhbət təkcə puldan da getmir, bu, texniki dəstək formasında da ola bilər.

Nümunə olaraq, Amerika, Avropa və hətta qardaş Türkiyəni də buna misal göstərə bilərik. Məsələn, Türkiyədə ziyafətlər keçirilir və iştirak edən imkanlı valideynlər məktəbə bağış edirlər. Bu pul texniki əşyalar və s. formasında olur. Hətta elə imkanlı valideynlər olur ki, yaxşı oxuyan şagirdlərə, tələbələrə qrant da verirlər. Yəni bu, bir model təklifidir.

İmkanı olmayan valideynlərdən isə heç kim heç nə tələb etmir və heç edə də bilməz. Nazir də çıxışı zamanı vurğulayır ki, icbari təhsil pulsuz və ödənişsizdir.

Nazirin çıxışını tam izləyə bilmək, söhbətin nədən getdiyini daha dəqiq anlamaq üçün aşağıdakı videonu izləyə bilərsiniz.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
››› Nazirlik telefonlara qarşı savaş açır: Tədrisə qayğı, yoxsa "güzgünü sındırmaq"
››› İslam şəriətində zinanın hansı növləri var...
››› Rusiyadan geriyə addım: Ukrayna ilə müharibə olmayacaq
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İqlim dəyişikliyi bizə hansı qorxunc fəlakətləri vəd edir
Son xəbərlər