Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Əsas məqsəd əmək haqqı artımlarının inflyasiya ilə müqayisədə çox olmasıdır"
"Əsas məqsəd əmək haqqı artımlarının inflyasiya ilə müqayisədə çox olmasıdır"

Hökumətin 2022-ci il islahatlar paketi artıq təqdim edilib. Bu sübut edir ki, 2022-ci il Azərbaycan əhalisi üçün fərqli olacaq. Hökumətin islahatlar paketində bir çox artımlar nəzərdə tutulub. Bəzi ekspertlər, bu artımları inflyasiyanın olacağı ilə əlaqələndirirlər.

Qeyd edək ki, yeni soial paketə görə, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda əməkhaqqı artımı ediləcək. Belə ki, həmin işçilərin maaşları da 2022-ci il yanvarın 1-dən orta hesabla 20% artırılacaq. Bu məqsədlə dövlət büdcəsindən 9 milyon manat illik əlavə vəsait nəzərdə tutulub. Həmin təşkilatlarda ümumilikdə 4 min şəxs çalışır.

İqtisadçılar hesab edir ki, məqsəd inflyasiya prosesinin sürətlənməsinin qarşısını almaqdır. Belə ki, hazırda inflyasiyanı artıran əsas amilin qlobal bazarlardakı proseslər olduğunu hesab edən ekspertlər bildirir ki, qlobal bazardakı proses davam edərsə, hökumət 2022-ci ilin ikinci yarısında əhaliyə yönəlik yeni dəstək paketi qəbul edə bilər. Yəni 2022-ci ilin fərqli olacağını düşünə bilərik.

“2022- ci il əhalinin sosial rifahının gücləndirilməsi istiqamətində fərqli bir il olacaq. Çünki 2022-ci ildə biz sosial təminatın güclənməsini müşahidə edəcəyik”.

Vüqar Bayramov Vüqar Bayramov

Bu barədə Bizimyol.info saytına açıqlamasında deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, Azərbaycan prezidenti tərəfindən təklif edilmiş edilmiş strategiyanın əsas istiqamətlərindən biri sosial təminatın daha gücləndirilməsidir. Bu da həm pensiya, həm də əmək haqqı sisteminin daha da təkmilləşdirilməsindən ibarətdir. Buna görə də, sosial siyasət ölkədə həyata keçirilən siyasətin əsas istiqaməti olaraq qalır.

V.Bayramov bildirib ki, 2022-ci ildə inflasiyaya qarşı mübarizə tədbirləri güclənəcək. Belə ki, son artımlar da - əmək haqqı və digər ödənişlərdə artımlar məqsdəli inflyasiyanın yaratdığı mənfi təsirləri minimumlaşdırmaqdan ibarətdir.

Deputat deyir ki, burada əsas məqsəd əmək haqqı artımlarının inflyasiya ilə müqayisədə çox olmasından ibarətdir.

“Bu da əmək haqqı artımının reallığının qorunub saxlanılması və qiymət artımı əsasında yaranan xərclərin dövlətin büdcəsi və büdcədən maliyyələşmələr hesabına konpensasiya edilməsi anlamına gəlir”,- deyə deputat əlavə edib.

V.Bayramov bildirib ki, 2022-ci ildə inflyasiyanın tənzimlənməsi və optimallaşdırılması ilə yanaşı, bağlı sistemli tədbirlər eyni zamanda artımların əmək haqqı və pensiyaların artımlarının real olması və əhalinin sosial təminatının gücləndirilməsi baxımından vacib hesab olunur. Bu səbəbdən də, növbəti il vətəndaşların təminatlarının gücləndirilməsi ili kimi yadda qalacaq.

İlahin, Bizimyol.info

Paylaş »
››› Ziddiyyətli açıqlamalar: Evlər ucuzlaşacaq, yoxsa bahalaşacaq?
››› Orta statistik Azərbaycan ailəsi istirahətin nə olduğunu həyatı boyu bilməyəcək
››› "Deputatlar oldular, ya olmadılar.., heç bir fərqi yoxdur"
››› Ucuz və baha kolbasanın fərqi: "İçində ətdən başqa hər şey var"
››› Sakit okeanda Tonqa krallığını sunami viran edib - Video
››› Yuxuda ağlamağın yozumu nədir...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »