Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Proseslərdə qeyri-neft sektorunun inkişafı da mühim məsələdir"
"Proseslərdə qeyri-neft sektorunun inkişafı da mühim məsələdir"

Ölkə başçısı İlham Əliyevin ötən günlərdə imzaladığı yeni Fərman və sərəncamlar ölkə əhalisinin sosial rifahının gücləndirilməsi məsələsini özündə əsk etdirir. Belə ki, hökumətin yeni sosial paketi sosial rifahın yüksəldilməsinə hesablanıb. Minimum əmək haqqının artırılması, qazi və əhalinin həssas bölümünü xüsusi diqqət, pensiya və təqaüdlərin artırılması və s. məsələləri özündə toplayan sosial təminat paketi vətəndaşların 2022-ci ildə rifahını yüksəldəcək. Yeni islahatlar və sosial paketin yenilənməsi, məhz bu istiqamətə xidmət edəcək.

Deputat Arzu Nağıyev Bizimyol.info saytına açıqlamasında bildirib ki, Azərbaycan dövlətinin, hökumətin əsas istiqaməti bu gün dövlətin suverenliyi, təhlükəsizliyinə təhdidin qarşısının alınması təbii ki, ən mühim amillərdən biri də hər bir vətəndaşın rifahıdır. Bu rifah üçün isə, əsas sosial məsələlərin həll edilməsidir. Hökumətin sosial paketi yeniləməsi isə, islahatların davam etməsilə bağlıdır.

Arzu Nağıyev Arzu Nağıyev

“Yeni büdcə təsdiq olunub. Büdcədə də əsas istiqamət sosial məsələlərə, təhlükəsizliyə verilib. Sosial paketin yenilənməsi bütün həssas təbəqələrə şamil olunur. Burada sosial təminatın gücləndirilməsi və rifahın yaxşılaşdırılması üçün həssas təbəqədən, istər əlillər, istər qazilər və digər bu istiqamətdə olan şəxslərin, büdcədən maliyyələşən təşkilatlarda çalışan tələbələrdən tutmuş tam büdcə təşkilatlarında işləyən şəxslərə aiddir”.

Deputat bildirir ki, sosial paketin yenilənmə səbəbləri birmənalı şəkildə hansısa inflyasiya ilə bağlamaq düzgün deyil. Burada əsas məram, məqsəd Azərbayan vətəndaşının rifahının yüksəldilməsidir.

“Düşünürəm ki, bu islahatlar davam edəcək. Çünki əsas istiqamət olaraq, yeni iş yerlərinin açılması, sosial durumun inkişafının daha da yaxşılaşdırılması ən mühim amillərdəndir” - deyə A.Nağıyev vurğulayıb ki, müxtəlif ekspertlərin sosial paketin yenilənməsini inflyasiya ilə izah etməsi inandırıcı görünmür.

Deputat qeyd edir ki, bu gün həm, Azərbaycan özünün qeyri-neft sektorunda, eyni zamanda neft sektorunda inkişaf etdirməklə irəli gedir. Məlum məsələsdir ki, artıq bir sıra makro layihələr gələn il öz dividentlərini gətirəcək. “Mühim istiqamətlərdə addımlar atılır. Təbii ki, proseslərdə qeyri-neft sektorunun inkişafı da mühim məsələdir. Buradan da sosial paketin gücləndirilməsi üçün istifadə edilə bilər” - deyə A.Nağıyev əlavə edib.

Xatırladaq ki, yeni islahatlar mərhələsi - 2022-ci ilin sosial islahatları dövlət başçısının “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il 16 oktyabr tarixli Sərəncamına əsasən reallaşdırılır.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »