Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda “PAŞA Holding”in təşkilatçılığı və “Bakcell”in dəstəyi ilə İllik İnnovasiya Sammiti keçirilib
Bakıda “PAŞA Holding”in təşkilatçılığı və “Bakcell”in dəstəyi ilə İllik İnnovasiya Sammiti keçirilib

Dekabr ayının 17-də Bakıda Korporativ İnnovasiya mövzusuna həsr edilmiş illik İnnovasiya Sammiti keçirilib. Azərbaycanda ilk dəfə PAŞA Holding tərəfindən təşkil olunmuş sammit Bakcell, PAŞA Bank, PAŞA Həyat, Kapital Bank, PAŞA Sığorta, BP və Caspian Innovation Center şirkətlərinin dəstəyi ilə reallaşıb.

Bakıda “PAŞA Holding”in təşkilatçılığı və “Bakcell”in dəstəyi ilə İllik İnnovasiya Sammiti keçirilib

Sammitdə Google şirkətinin innovasiyalar üzrə baş eksperti Dr. Frederik G. Pferdt, London Biznes Məktəbinin professoru, təhsilin idarəedilməsi üzrə məsləhətçi Culian Birkinşau (Julian Birkinshaw) və strategiya, inkişaf və transformasiya üzrə ekspert Kaihan Krippendorff kimi məşhur məruzəçilər iştirak edib. Qonaq məruzəçilər innovasiyaların rəqabət üstünlüklərini necə təmin etməsi, daxili korporativ innovasiyaların və gələcəyə hazır düşüncə tərzinin formalaşması ilə bağlı dəyərli fikirlərini bölüşüblər.

Bakıda “PAŞA Holding”in təşkilatçılığı və “Bakcell”in dəstəyi ilə İllik İnnovasiya Sammiti keçirilib

Sammit çərçivəsində panel müzakirələri təşkil olunub. Burada dövlət qurumlarının nümayəndələri, yerli şirkətlərin rəhbərləri, o cümlədən “Bakcell”in baş icraçı direktoru Rainer Rathgeber korporativ innovasiyaların əhəmiyyəti, bu sahədə qurulan tərəfdaşlıqlar və çətinliklər və innovasiyaların biznesdə tətbiqi təcrübəsini müzakirə edib.

Bakıda “PAŞA Holding”in təşkilatçılığı və “Bakcell”in dəstəyi ilə İllik İnnovasiya Sammiti keçirilib

Qeyd edək ki, tədbirə yerli və beynəlxalq təşkilatlardan 400-dən çox biznes və sənaye lideri qatılıb.

Paylaş »
››› Ailə qurarkən bədən qoxusunun önəmi: "Bu, sizə gülməli gələ bilər, amma reallıqdır"
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
Son xəbərlər
Bütün xəbərlər »