Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ceyhun Bayramov Qırğızıstan Təhlükəsizlik Şurasının sədr müavini ilə görüşüb
Ceyhun Bayramov Qırğızıstan Təhlükəsizlik Şurasının sədr müavini ilə görüşüb

21 dekabr 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramovun Qırğız Respublikasının Təhlükəsizlik Şurasının sədr müavini Talatbek Masadikov ilə görüşü baş tutub.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Bizimyol.info-ya verilən xəbərə görə, qarşı tərəfi səmimiyyətlə salamlayan nazir Ceyhun Bayramov Azərbaycan və Qırğızıstan münasibətlərinin dinamik şəkildə inkişaf etdiyini və iki ölkə arasında siyasi dialoqun ən yüksək səviyyədə olduğunu qeyd edib.

İqtisadi sahədə mövcud potensialdan istifadə edilməsinin əhəmiyyəti vurğulanıb və bu xüsusda, iqtisadi və humanitar sahədə birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinə istinad edilib. İki ölkənin, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığını qeyd edən nazir, bu əməkdaşlığın gələcəkdə daha da inkişafından bəhs edib.

Talatbek Masadikov iki ölkə arasında hər zaman yaxşı münasibətlərin mövcud olduğunu qeyd edib. O, müstəqilliyinin ilk illərində Heydər Əliyevin rəhbərliyi altında, daha sonradan isə Prezident İlham Əliyevin başçılığı ilə davamlı inkişaf edən Azərbaycanın hər bir uğuruna Qırğız xalqının sevindiyini söyləyib. Tərəflər, ikitərəfli əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. İki ölkə rəsmiləri arasında təmasların, o cümlədən yüksək səviyyəli səfərlərin münasibətlərin daha da inkişafına təkan verəcəyini vurğulayıblar.

Nazir Ceyhun Bayramov həmsöhbətinə bölgədə mövcud olan cari vəziyyət, postmünaqişə bərpa və quruculuq işləri, Azərbaycanın bölgənin gələcək inkişafına baxışı, Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində tərəfimizdən atılan addımlar, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlərə dair məlumat verib.

Görüşdə, tərəflər həmçinin Əfqanıstandakı vəziyyət, bu vəziyyətin qonşu ölkələrə təsiri, İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının bu xüsusda keçirilmiş növbədənkənar iclasının nəticələri ilə bağlı fikir mübadiləsi aparıblar.

Paylaş »
››› Pensiyasını almaq üçün cəsədi poçt şöbəsinə aparıblar
››› Rusiyada buzlu çaya girən qadın yoxa çıxdı - Video
››› NK karantin rejiminin dəyişməsi ilə bağlı qərarlar qəbul edib
››› Yanvarın 23-nə olan hava proqnozu
››› Yuxuda dəniz görmək nə vəd edir - Yuxuyozma
››› ABŞ-ın yeni hərbi yardımı Ukraynaya çatdırılıb
››› Sərnişin maska ​​taxmadığına görə, təyyarə yarı yoldan geri dönüb
Son xəbərlər
Bütün xəbərlər »