Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron kişi doğulduğuna dair iddialardan sonra məhkəməyə müraciət etməyə hazırlaşır.
Bizimyol.info xəbər verir ki, sosial mediada Bricit Makronun “kişi” kimi doğulduğu və adının “Jean-Michel Trogneux” olduğu iddia edilib. Qeyd edilir ki, Trogneux Brigitte Macron-un qız soyadı kimi tanınır.
Fransa mətbuatında Bricit Makronun yaxınlarına əsaslanaraq çıxan xəbərlərdə onunn xəbəri yayanlardan şikayət etməyə hazırlaşdığı bildirilib. Bricit Makron hələlik rəsmi açıqlama verməyib.
Bizimyol.info