Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin NATO-nun şərqə doğru genişlənməsini "eyforiyanın nəticəsi" adlandırıb
Putin NATO-nun şərqə doğru genişlənməsini "eyforiyanın nəticəsi" adlandırıb

Rusiya prezidenti Vladimir Putin NATO-nun şərqə doğru genişlənməsini Qərb ölkələrinin soyuq müharibədən sonra yaşadıqları eyforiya və vəziyyətin yanlış təhlili ilə əlaqələndirib.

Bizimyol.info xəbər verir ki,  Müdafiə Nazirliyinin kollegiyasının genişləndirilmiş iclasında çıxış edən dövlət başçısı Qərbin 1990-cı və 2000-ci illərin əvvəllərində həyata keçirdiyi və Rusiya üçün problemlər yaradan əməllərini xatırladıb.

"Bəzən özündən soruşursan ki, niyə bütün bunları belə şəraitdə etdilər? Bir anda və savadsız. Vəziyyətin inkişafı üçün mümkün variantları düzgün təhlil etmədilər. Buna görə. Çünki başqa səbəb yoxdur", - Putin bildirib.

“NATO onun sərhədlərinə yaxınlaşarsa, Rusiya hərbi-texniki tədbirlər görməyə hazırdır. Qərbli həmkarlarımızın aşkar təcavüzkar xətti davam edəcəyi təqdirdə, biz adekvat hərbi-texniki tədbirlər görəcəyik və qeyri-dost addımlara sərt reaksiya verəcəyik. Rusiya ölkənin təhlükəsizliyini və suverenliyini təmin etmək üçün tədbirlər görmək "hüququ var”, - deyə dövlət başçısı bildirib.

Rusiya Federasiyasının prezidenti vurğulayıb ki, Moskva özü üçün heç bir xüsusi, müstəsna şərtlər tələb etmir. “Rusiya bütün Avrasiya məkanında bərabər və bölünməz təhlükəsizliyin tərəfdarıdır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »