Ukraynada Rusiya ilə Qərb ölkələri arasında gərginlik davam edir.
Bizimyol.info xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Qərbi Avropada gərginliyi artırmaqda ittiham edib.
O, istənilən təcavüzə "lazım olduqda" cavab verəcəyini və ordusunu daha da inkişaf etdirə biləcəyini bildirib.
“Reuters”in məlumatına görə, Putin ABŞ və NATO-nun Rusiya sərhədlərinə yaxın bölgələrdəki hərbi fəaliyyətlərinə də reaksiya verib və ölkəsinin təhlükəsizliyi üçün hər cür hüquqa malik olduqlarını vurğulayıb.
Putin həmçinin ABŞ-ı “verdiyi vədləri yerinə yetirməsinə etibar etmək mümkün olmayan” ölkə kimi təsvir edib.
Bizimyol.info