Xarici İşlər Nazirliyinin sözçüsü Səid Hatipzadə İran İslam Respublikasının Yəmənin Milli Azadlıq Hökumətindəki səfiri Həsən İrlunun koronovirusdan öldüyünü açıqlayıb.
Bizimyol.info xəbər verir ki, bu barədə "İRNA" agentliyi məlumat yayıb.
Bildirilir ki, İran-İraq müharibəsinin veteranı olan Şəhid Həsən İrlu vəzifəsini icra etdiyi vaxt koronavirus xəstəliyinə tutulub: "Təəssüf ki, ABŞ-ın əməkdaşlığa gec reaksiya verməsi səbəbindən, onu əlverişsiz şəraitdə ölkəyə qaytarmaq mümkün olub".
Diplomatın vəziyyətinin yaxşılaşdırılması üçün bütün tibbi tədbirlər görülməsinə baxmayaraq, bu gün səhər saatlarında o, dünyasını dəyişib.
Bizimyol.info