Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Qarabağa öz mədəniyyəti ilə qayıdır
Azərbaycan Qarabağa öz mədəniyyəti ilə qayıdır

İşğaldan azad edilmiş ərazilərimizdə mədəniyyətimizin bərpası missiyası uğurla davam etdirilir.

Bunu mədəniyyət naziri Anar Kərimov “Azərbaycanın inkişaf modeli: Dünən, bu gün və sabah” mövzusunda keçirilən konfransda deyib.

A.Kərimov qeyd edib ki, Azərbaycanın Vətən müharibəsində qələbəsindən sonra Prezident İlham Əliyevin verdiyi ilk qərarlardan biri Şuşanın mədəniyyət payaxtı elan edilməsi idi:

“Bu özlüyündə çox böyük mesaj idi ki, Azərbaycan Qarabağa öz mədəniyyəti ilə qayıdır. Azərbaycan Qarabağa təkcə enerji, iqtisadi layihələrlə deyil, eyni zamanda "yumşaq güc"lə qayıdıb”, - deyə A.Kərimov bildirib.

O qeyd edib ki, Vətən müharibəsində qələbədən sonra Azərbaycan yeni mərhələyə qədəm qoyub:

“Mədəniyyətimizi müstəqilliyimizin bir təzahürü kimi inkişaf etdirməliyik. Mədəniyyətin iqtisadi inkişafa töhfəsi gücləndirilməlidir”, - deyə nazir bildirb.(report)

Son xəbərlər
Bütün xəbərlər »