Yapon dənizindən Sakit Okean Donanmasının "Petropavlovsk-Kamçatski" dizel-elektrik sualtı qayığı "Kalibr" qanadlı raketi ilə 1000 kilometr məsafədə yerləşən sahil hədəfini vurub.
Bizimyol.info xəbər verir ki, TASS-ın bu barədə Sakit Okean Donanmasının mətbuat xidmətinə istinadən məlumat verib.
“Yaponiya dənizindəki ən yeni dizel sualtı qayığı Petropavlovsk-Kamçatski “Kalibr” kompleksinin sualtı mövqedən yer hədəfinə qanadlı raket atıb. Raket təxmin edilən vaxtda "Surkum" taktiki meydançasındakı hədəfi vurub. Atış məsafəsi 1000 kilometri keçib”, - deyə Müdafiə Nazirliyindən bildirilib.
Mətbuat xidmətinin məlumatına görə, buraxılışdan əvvəl sualtı qayıqlar ərazidə gizli çıxış üçün taktiki manevr ediblər.
Bizimyol.info