Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rayonlarda əl yandıran otel qiymətləri
Rayonlarda əl yandıran otel qiymətləri

Yeni ilin gəlişinə sayılı günlər qalıb. Gərgin iş günlərindən sonra 5 günlük yeni il tətili yəqin ki, bir çoxlarımızın çoxdan gözlədiyi fürsətdir. Bu tətil müddətini rayonlarımızdan hər hansısa birində keçirmək istəyirsinizsə, onda bu yazı məhz sizə aiddir.

Əvvala onu qeyd edək ki, apardığımız kiçik araşdırma zamanı məlum oldu ki, yeni ili rayonlarda keçirmək istəyən yerli və xarici vətəndaşların sayı heç də az deyil. Rayonlarda yerləşən otellərin bir çoxunda otaqlar artıq dekabr ayının əvvəlindən bron edilib. Bu otellərin qiymətləri isə fərqlidir.

Otellərin Booking.com saytında yer alan yeni il tətili ərəfəsindəki qiymətlərini təqdim edirik:

“Qafqaz Riverside Otel”də 31 dekabr - 2 yanvar tarixlərində 2 nəfərlik otaq və səhər yeməyi daxil olmaqla1 260 AZN təşkil edir.

“Shamakhi Palace Sharadil”də 29-30 dekabrda 1 gecə 2 nəfərlik 178 AZN, 30-31 dekabr 214 AZN təşkil edir.

“Qafqaz Resort Hotel” 29 dekabr-30 yanvar tarixlərində 2 nəfərlik 1 otaq 190 AZN təşkil edir.

“Pik Palace Shahdag”da 29-30 dekabr tarixlərində oteldə 1 gecəyə səhər yeməyi də daxil olmaqla “deluxe king” otaq 385 AZN təşkil edir. 31 dekabr-1 yanvar tarixlərində isə oteldə boş yer yoxdur.

“Qafqaz Tufandag Mountain Resort Hotel” 29-30 dekabr 245 AZN-dir. 31 dekabrdan 5 yanvara qədər olan müddətdə isə yerlər doludur.

“Shahdag Hotel& Spa”da 30-31 dekabrda 1 gecəlik 310 AZN, 29-31 dekabrda səhər yeməyi də daxil olmaqla 2 nəfərlik 515 AZN təşkil edir.

“Quba Palace” Hoteldə Dağ Mənzərəli 2 nəfərlik otaq 1550 AZN, Göl Mənzərəli 1650 AZN, Junior suite 1750 AZN, Honeymoon suite 1850 AZN-dir.

“Lankaran Springs Wellness Resort”da 29, 30 dekabr və 1 yanvar tarixlərində boş yer yoxdur, 27-28 dekabr tarixinə isə 2 nəfərlik otaq səhər yeməyi ilə birlikdə 185 AZN təşkil edir.

“Qalaaltı Hotel&SPA”da 2 nəfər üçün 29-30 dekabr tarixində 203 AZN təşkil edir.

“Chenot Palace Health Wellness Hotel”də 9 dekabr-1 yanvar tarixlərində 3 gecə 2 nəfərlik 1 otaq 8 001 manatdır.

“Park Chalet Hotel, Shahdag”da 29-30 dekabr 2 nəfərlik otaq səhər yeməyi də daxil olmaqla 280 AZN, 29 dekabr-31 dekabr tarixlərində isə deluxe otaq 580 AZN təşkil edir.

Leyla Mirzə

Paylaş »
››› “Putin gözlənilməyən yerə hücum edəcək” - Siyahıda hansı ölkələr var?
››› Baş Prokurorluq "Ştutqart"-ın sahibi olan keçmiş deputatla bağlı cinayət işi açıb
››› Dolların bahalaşması təxirə düşdü: Dünyada baş verənlər manatı möhkəmləndirir...
››› Ət niyə bahalaşdı və ya "pulu kreditə ödəyək, yoxsa cəriməyə"...
››› Nazarbayev son çıxışında nələrə eyham vurdu: “Ola bilər, təhlükəsizlik zəmanəti alıb”
››› Dünyanın ən bahalı evi hərraca çıxarılıb - Foto
››› Prezident İradə Gülməmmədovanı vəzifəsindən azad edib
Son xəbərlər
Bütün xəbərlər »