Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rüşvətə qarşı söyməklə deyil, qərarlarla mübarizə aparmalıyıq
Rüşvətə qarşı söyməklə deyil, qərarlarla mübarizə aparmalıyıq

“Məktəbdə pul yığılması bu gügün problemi deyil. Bu daim olan problemdir”.

Bizimyol.info xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə bildirib.

“Məktəblərdəki bu problemin həlli ilə sosial şəbəkələrdə söyüş söyməklə həll etmək olmaz. Rüşvət bütün dünyada var, o cümlədən bizim təhsil sistemində də mövcuddur. Amma biz buna qarşısı söyüş söyməklə deyil, müzakirələr nəticəsində qəbul etdiyimiz qərarlarla mübarizə aparılmalıyıq. Qərar, qanun olmadan qanunsuzluğu müzakirə etmək çətindir. Biz müəyyən qaydalar yaratmalıyıq ki, məktəblərə könüllü yardımlar olsun. Burada pis heç nə yoxdur. Əgər kimsə təhsilə könüllü yardım etmək istəyirsə, bunda qəbahət görmürük. Lakin bu da qaydalar çərçivəsində olmalıdır ki, mən müzakirə üçün bir neçə qayda təklif edə bilərəm. Amma bunu mənim “məktəbdə rüşvət yığılmasına rəvac” verməyim kimi dəyərləndirirlər”.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »