Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Saakaşvilinin tərəfdarları Qori xəstəxanasının qarşısına
Saakaşvilinin tərəfdarları Qori xəstəxanasının qarşısına

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin tərəfdarları gecə saatlarında 50 günlük aclıq aksiyasından sonra reabilitasiya kursu keçən Qori hərbi hospitalının qarşısına toplaşaraq, onu ad günü münasibətilə təbrik ediblər.

Bizimyol.info xəbər verir ki, bu barədə Gürcüstanın "Birinci Kanal"ı xəbər verib.

Onlarla insanın səhnələşdirdiyi tamaşa rəngarəng idi. Əvvəlcə Gürcüstanın dövlət himnini oxudular, səmaya parlayan fənərlər buraxdılar və nidalarla ona ad gününü təbrik etdilər.

Mixail Saakaşvili tərəfdarları xəstəxananın pəncərəsindən ağ vərəq asaraq salamlayıb və onları “heç nədən qorxmamağa və sona qədər getməyə” çağırıb.

"Dostlar, əsas birlikdir. Sona qədər mübarizə aparın. Repressiyadan qorxmayın. Mən qorxmuram və sona qədər də mübarizə aparacam. Sizə Gürcüstanın azadlığını və hər birinizə xoşbəxtlik arzulayıram. Mənim həyatım, fədakarlığım, varlığım bütünlüklə sizə aiddir, indi buraya gələn hər birinizə”, - Saakaşvili hərbi hospitalın pəncərəsindən deyib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »