2025-ci ildə keçiriləcək III MDB Oyunlarına Azərbaycan ev sahibliyi edəcək.
Bizimyol.info xəbər verir ki, qərar MDB-yə üzv ölkələrin Bədən Tərbiyəsi və İdman Şurasının onlayn formatda baş tutmuş növbədənkənar iclasında qəbul olunub.
II MDB Oyunları isə 2023-cü ildə Belarusun paytaxtı Minskdə təşkil olunacaq.
İşçi Qrupuna 2022-ci il iyunun 1-dək MDB yarışları ilə bağlı əsasnamə layihəsinin hazırlanması tapşırılıb.
Qeyd edək ki, I MDB Oyunları bu il sentyabrın 4-11-də Rusiyanın Kazan şəhərində keçirilib.