Neftçala rayonunda intihara cəhd hadisəsi baş verib.
Bizimyol.info xəbər verir ki, hadisə rayonun Aşağı Qaraimanlı kəndində qeydə alınıb.
Kənd sakini, 27 yaşlı Tağıyev Vasif Bəxtiyar oğlu yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihara cəhd edib. Lakin yaxınları tərəfindən onu həyatını xilas etmək mümkün olub.
V.Tağıyev Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisənin səbəbi hələlik məlum deyil. Onun epilepsiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.