Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Ukraynaya kibertəhlükəsizlik üzrə mütəxəssislər göndərib
ABŞ Ukraynaya kibertəhlükəsizlik üzrə mütəxəssislər göndərib

ABŞ Ukraynaya kibertəhlükəsizlik üzrə mütəxəssislər qrupu göndərib.

Bizimyol.info xəbər verir ki, bu barədə bazar ertəsi The New York Times məlumat yayıb.

Ekspertlər ukraynalı həmkarlarına ölkənin enerji şəbəkələrinin, bank sisteminin və digər mühüm infrastrukturun mühafizəsini gücləndirməkdə kömək etməlidirlər. Amerikalı ekspertlər Ukraynaya kiberhücumların rus hakerlərindən gələ biləcəyini gözləyirlər.

Son zamanlar Qərb ölkələrində, eləcə də Kiyevdə Rusiyanın Ukraynaya mümkün müdaxiləsi ilə bağlı iddialar səslənir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu cür məlumatları boş və əsassız olduğunu, gərginliyin artırılmasına xidmət etdiyini deyib. Eyni zamanda, o, bu cür bəyanatlara haqq qazandırmaq üçün təxribatların mümkünlüyünü istisna etməyib.

Bizimyol.info

Paylaş »
››› Bakıda qəribə olay: Vəkil qarşı tərəfi döyməkdə günahlandırılır
››› Doğuşlara qoyulan fantastik qiymətlər: Hansı günümüzə yaraşır?..
››› Boş verin heykəlləri-filan...
››› Sabiq biznesmen deputat Qarabağ qazisinə "pul atmaqda" ittiham olunur
››› Hacı Zeynalabdin Tağıyev bu gün sağ olsaydı…
››› Eldar Həsənova hökm oxunub
››› Böyük Britaniya Rusiyanın qonşuluğuna ordu toplayır
Son xəbərlər
Bütün xəbərlər »