Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Miqrantların Avropaya qədər məşəqqətli yolu
Miqrantların Avropaya qədər məşəqqətli yolu

Dünyanın müxtəlif yerlərindən insanlar Avropaya can atır. Köhnə qitədə həyat çox cəlbedici görünür. Daha çox afrikalılar Avropa haqqında düşünür.

Bizimyol.info xəbər verir ki, onlar xüsusilə İspaniyanı ilk hədəf seçir. Amma məqsəd məhz bu ölkədə qalmaq deyil. İspaniya tranzit xarakteri daşıyır.

Ölkənin dəniz xilasetmə xidməti təkcə 2021-ci ildə Qərbi Afrikadan qayıqlarla bura üz tutan 1255 miqrantın suda boğulduğunu açıqlayıb. Yetərincə böyük rəqəmlərdən söhbət gedir. Polşa-Belarus sərhədindəki gərginlik İspaniya sahillərində baş verənləri ikinci plana keçirib. Amma Avropanın cənubunda gerçəkdən böyük faciə yaşanır.

Afrikalılar bəzən məqsədə çatmaq üçün çox çətin marşrutları seçməli olur. Kanar arxilepaqına gəlib çıxmaq böyük qəhrəmanlıqdır. Ölənlərin 937-si məhz bu yolda həyatını itirib. Ada yaxınlığında daim xilasetmə xidmətinin əməkdaşları növbə çəkir. Amma heç də həmişə batmaqda olan miqrantları xilas etmək alınmır. Hesablamaya görə, Cəbəllütariq boğazında hər 100 miqrantdan 1-i suda boğulur.

Gəlmələrə hüquqi xidmət göstərən “Xilas” qeyri-hökumət təşkilatının nümayəndəsi Ana Mariya Uertas jurnalistlərlə söhbətində deyib ki, afrikalılar İspaniyadan daha çox Şimali Avropa ölkələrinə getməyi arzulayır. Skansinaviya ölkələrinə ayaq basmağı az qala hamı istəyir. Bundan başqa, Fransa, Böyük Britaniya, Almaniya, Belçika da onlar üçün cəlbedici görünür.

İspaniyada hər gəlməyə müavinət verilmir. Miqrant vətənində həyatına təhlükə olduğunu sübut etməlidir. Yalnız bundan sonra yarım il aylıq 450 avroya ümid etmək olar.

Uertas deyir ki, ispanlar gəlmələrə dözümlü yanaşır. Hərçənd, onların arasında oğurluqla məşğul olan az deyil. Mozi bəxti gətirdiyini bildirir. 20 yaşlı nigeriyalı yaxşı adamlarla qarşılaşdığını deyir. Ona İspaniyada tezliklə sənədlərini qaydasına salacaqlarını söz veriblər. Mozi də könüllü kimi fəaliyyət göstərir, ölkəyə faydalı olmağa çalışır.

Uertas əlavə edir ki, afrikalıların vətəndən qaçmasının əsas səbəbi yoxsulluqdur. Buna görə də onlar ölümlə üz-üzə qalmaqdan çəkinmirlər. Çünki vətəndə qalmaq da müəyyən mənada ölümə bərabərdir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »