Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bəzi şəxslər vəzifələrindən sui-istifadə edib bu hadisələri ört-basdır edirlər"
"Bəzi şəxslər vəzifələrindən sui-istifadə edib bu hadisələri ört-basdır edirlər"

Bir müddət əvvəl İmişli rayonunda 11 yaşlı qızın atalığı tərəfindən təcavüzə uğrayaraq uşaq dünyaya gətirməsi cəmiyyət tərəfindən birmənalı qarşılanmamış, ictimai fəalların və qadın hüquq müdafiəçilərinin tənqid hədəfi olmuşdu.

Bənzər hadisə fevral ayında Bakıda Xətai rayonunda baş verib. Bu hadisə zamanı qızın bakirəliyi pozulmasa da, onun hamilə olduğu müəyyən edilib. DNT analizi zamanı isə körpənin qızın atasından olduğu müəyyən edilib. Təqsirkar olaraq ata həbs edilib.

Bəli, bu gün Azərbaycan cəmiyyətində belə hadisələrin baş verməsi ürək ağrıdır. Kişilərin-ataların öz övladlarına qarşı seksual davranışlarını qəbul edib bağışlamaq mümkün deyil. Axı öz canından, qanından olan körpənə bunu necə rəva bilirsən? Yəni, seksual aclığın bu qədər doyulmaz və tətmin olunmazdır?!

Mütəxəssislərin fikrincə, ölkədə il ərzinə 7-8 belə hadisə baş versə də, ailələr bunun cəmiyyətə açıqlanmasını arzulamadığı üçün hadisələr ictimailəşdirilmir. Yəni, tərəflər hrəhansı bir yol ilə belə hadisələri gözəgörünməz etməyi bacarırlar.

Sosioloq Tərlan Ağayeva Bizimyol.info saytına açıqlamasında bildirir ki, xəstəxanaya hamiləlik faktı ilə müraciət edən qadınların hamısı qeydiyyatdan keçirilməlidir. Belə olan halda rəsmi statistika düzgün şəkildə təqdim edilə bilər: “Amma bəzən bəzi şəxslər vəzifələrindən sui-istifadə edib, hər hansı bir yol ilə bu hadisələri ört-basdır edə bilirlər”.

Mütəxəssis hesab edir ki, bu hal qızların başına ataları, qardaşları və s. digər yaxın qohumları tərəfindən gətirildiyi zaman ailələr çox zaman susmağa üstünlük verirlər. Təcavüzçü qohum olduğu zaman bəzən qızların təcavüzçü ilə ailə qurması halları da baş verir. Ataları və ya qardaşları tərəfindən təcavüzə uğrayan qızlar isə, uzun müddət evdən uzaqlaşdırlır ki, hadisələr unudulsun.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il 34 min 719 abort qeydə alınıb. Onlardan 15-17 yaşlı qadınlar 29 abort həyata keçirib.

Qeyd edək ki, Statistika Komitəsinin məlumatlarında da 15 yaşından kiçik qızların abort hallarına yer verilmir.

Bəs biz ətrafımızda belə hadisələrlə qarşılaşdığımız zaman nə etməliyik?

Bəli, dedik ki, ailələr belə hadisələri ört-basdır etməyə, gizlətməyə çalışır. Buna görə də, cinayətkarlar cəzasız qalır. Cinayətkarın cəzasız qalması ilə ona daha yeni cinayətlərin həyata keçirməsinə imkan yaranır. Bu səbəbdən də ailələr bu məsələyə həssas yanaşmalı və yaxınlarının, övladlarının başına belə hadisələr gəldiyi zaman aidiyyatı qurumlara müraciət etməkdən çəkinməməli və utanmamalıdırlar.

Uşaqların cinsi zorakılığa məruz qalması, təcavüzə uğraması hadisələri ilə qaşrılaşdığınız və ya qarşılaşdığını düşündüyünüz şəxs olduğu zaman;

  • Azərbaycan Uşaqlar Birliyi - Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi (+994 55 466 08 06),
  • “Təmiz dünya” Qadın və Uşaq Sığınacağı (0553143515),
  • "Ümid Yeri" Uşaq Sığınacağı Xeyriyyə Cəmiyyəti, (+994 12) 556-19-16, (+994 55) 222-02-12, (+994 55) 222-02-03),
  • Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə,
  • Baş Prokurorluğun 961 qaynar xəttinə,
  • Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 860 saylı qaynar xəttinə,
  • Ombudsman aparatının 916 qaynar xəttinə, eləcə də yerli polis idarələrinə şikayət edə bilərsiniz.

İlahin, Bizimyol.info

Bu yazı "Bizim Yol" MMC - Bizimyol.info xəbər portalı tərəfindən gender əsaslı zorakılığın mediada işıqlandırılması məqsədilə "DAYAN və DƏYİŞ" Layihəsi çərçivəsində hazırlanıb.

Son xəbərlər
Bütün xəbərlər »