Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycandan hansı universitet birinci oldu...
Azərbaycandan hansı universitet birinci oldu...

Baş ofisi Parisdə yerləşən, beynəlxalq aləmdə geniş nüfuza malik EDUNİVERSAL təşkilatı dünyanın ən yaxşı Biznes Məktəblərinin rəsmi reytinqini dərc edib.

Bizimyol.info xəbər verir ki, reytinq cədvəlində Xəzər Universitetinin İqtisadiyyat və Menecment Fakültəsi Azərbaycanın biznes məktəbləri arasında 1-ci yeri tutub.

Bu reytinq cədvəli Eduniversal Elmi Komitə üzvləri tərəfindən beynəlxalq təsir, reputasiya və təhsil keyfiyyəti kimi meyarlar əsasında müəyyən edilir (https://www.eduniversal-ranking.com/eduniversal-ranking-agency.html).

Dekabrın 15-də daha bir reytinq cədvəli – QS Reytinq Agentliyinin (Böyük Britaniya) “İnkişaf etməkdə olan Şərqi Avropa və Mərkəzi Asiya” regionu üzrə yeni reytinq cədvəli açıqlanıb.

Reytinq cədvəlində Xəzər universiteti yenə Azərbaycan universitetləri arasında 1-ci yeri tutub. Reytinq cədvəlinə Azərbaycandan 7 ali məktəb daxil edilib:

1. Xəzər Universiteti - 211-220

2. Azərbaycan Dövlət İqtisad Universiteti – 221-230

3. Bakı Dövlət Universiteti – 251-300

4. ADA Universiteti – 301-350

5. Azərbaycan Memarlıq və İnşaat Universiteti– 401-450

6. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – 401-450

7. Bakı Mühəndislik Universiteti – 401-450

QS Reytinq cədvəli ali məktəblərdə müəllimlərin təcrübəsi, işəgötürənlər arasında nüfuz, akademik nüfuz və s. meyarlar üzərində tərtib edilib (https://www.topuniversities.com/university-rankings/eeca-rankings/2022).

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »