Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ulduz falı: 21 dekabr, 2021-ci il – Həyatınızı dəyişdirməyə bu gün başlayın
Ulduz falı: 21 dekabr, 2021-ci il – Həyatınızı dəyişdirməyə bu gün başlayın

Bizimyol.info 21 dekabr, 2021-ci il tarixi üçün ulduz falını təqdim edir:

Vacib şeylər haqqında düşünmək üçün yaxşı gündür. Çətin suallara cavablar olacaq, yaxın gələcəkdə həyata keçirilə biləcək ideyalar meydana çıxacaq. Bu yaxınlarda həyatlarını dəyişdirməyi düşünən insanlar hansı istiqamətdə hərəkət etməli olduqlarını başa düşəcəklər. Daha əvvəl anlaşa bilməyənlər üçün danışıqlar aparmaq daha asan olacaq. Aydın olacaq ki, uzun müddətdir davam edən münaqişələrin səbəbi sadə anlaşılmazlıq olub. İstənilən iş həmişəkindən daha uzun çəkə bilər və səbr tələb edəcək. Bu, səfərlərə də aiddir: yolda gecikmələr, bəzi xırda hadisələr ola bilər, buna görə gecikməli olacaqsınız.

Qoç - Günün başlanğıcı kifayət qədər gərgin olacaq və bu, baş verən hadisələrlə deyil, emosional fonla bağlıdır. İstənilən xırda hadisə əhvalınıza təsir edə bilər. Bəzən öz-özünüzə hirslənəcəksiniz. Vəziyyət tədricən yaxşılığa doğru dəyişəcək. Günorta daha xoş keçəcək. Uzun müddətdir təxirə saldığınız işlərə diqqət yetirmək, istədiyiniz nəticəni tez əldə etmək fürsəti yaranacaq. Axşam romantik görüş üçün münasibdir. Gözlədiyinizdən də yaxşı alınacaq.

Buğa - Günün başlanğıcı xüsusilə böyük planları olanlar üçün çətin olacaq. Hər işə vaxtında çatmaq asan olmayacaq. Çox vaxt başqalarının günahı üzündən: onlar sizin işlərinizə yersiz müdaxilə edəcək, diqqətinizi yayındıracaq və çaşdıracaqlar. Günorta çox fərqli olacaq. Bu dəfə yaxşı ideyalar olacaq, onları dərhal həyata keçirmək istəyəcəksiniz. Köhnə dostlar həvəslə kömək edəcəklər; onların sayəsində ağlınıza gələn hər fikri tez həyata keçirəcəksiniz. Axşam xoş xəbərlərlə sevinəcəksiniz. Düzgün qərar vermək üçün çatışmayan məlumatları tam olaraq alacaqsınız.

Əkizlər - Bəzi xırda problemlər yarana bilər, anlaşılmazlıqlar və yaxınlarınızla fikir ayrılıqları istisna edilmir. Ancaq intuisiyanız sizə narahatlıq üçün səbəb olmadığını söyləyəcək: hər şey tezliklə həll ediləcək. Vəziyyəti yaxşılığa doğru dəyişmək üçün mübarizə aparmaq lazım deyil, çünki bəxt sizin tərəfinizdə olacaq. Pulla diqqətli olmalısınız: xırda şeylərə çox pul xərcləmək riski var. Şəxsi münasibətlərdə müsbət meyillərin təsiri üstünlük təşkil edəcək. Yaxınlarınızla ünsiyyət çoxlu müsbət emosiyalar bəxş edəcək.

Xərçəng - Yeni bir şey öyrənmək, məlumat toplamaq və təhlil etmək, təcrübəsi sizin üçün faydalı olacaq. Öyrəndiyiniz hər şeyi tez yadda saxlayırsınız və bunun faydalı olduğu ortaya çıxacaq. Narahatlığınız barədə dostlarınızla danışmağa dəyər. Məsləhət, dəstək və yardım alacaqsınız. Bəzi məişət anlaşılmazlıqları, kiçik məişət problemləri ola bilər. Onların həlli çox vaxt aparmayacaq, lakin xərc tələb oluna bilər. Amma biz kiçik məbləğlərdən danışırıq, ona görə də puldan narahat olmaq üçün ciddi əsas yoxdur.

Şir - Gün yaxşı keçəcək, amma ondan xüsusi bir şey gözləməyə dəyməz. Siz çətin ki, başgicəlləndirici qələbələr qazanasınız və ya bəşəriyyətin uzun illərdir boş yerə baş hansısa sındırdığı problemi həll edəsiniz. Ancaq kiçik uğurlar, xoş sürprizlər, sizi sevindirən görüşlər olacaq. Vəziyyətin necə inkişaf etməsindən asılı olmayaraq, nikbinliyinizi və özünüzə inamı itirməyəcəksiniz. Ətrafınızdakı insanlar bunu çox bəyənəcəklər: onlar sizi daha yaxından tanımaq, dostluq etmək imkanı əldə etdiklərindən şad olacaqlar. Axşam sevdiyiniz insanla ünsiyyət üçün münasibdir; çox gözəl sözlər eşidəcəksiniz.

Qız - Səhər saatlarında sakit qalmaq asan olmayacaq. Xırda şeylərə görə əsəbiləşə, başqaları ilə mübahisə edə bilərsiniz. Ancaq bu vaxt təkbaşına vacib işləri görmək, bəzi ciddi məsələləri həll etmək üçün mükəmməl zamandır. Əvvəllər yaxşı nəticə ala bilmədiyiniz işdə uğur qazanacaqsınız. Günün ikinci yarısı mühüm kəşflər və xoş xəbərlər gətirəcək. Ünsiyyət üçün xoş olacaq: həm köhnə, həm də yeni tanışlarla yaxşı yola gedəcəksiniz. Bir çoxları küsülü olduqları insanlarla barışacaqlar. Köhnə kin-küdurət keçmişdə qalacaq.

Tərəzi - Gün asan olmayacaq, amma yaxşı olacaq. Çoxlu qayğılar və həllini gözləyən məsələlər var. Tələsməmək vacibdir: ən yaxşı şəkildə necə hərəkət edəcəyinizi anlamaq, məqsədə ən asan yolu tapmaq üçün sizə vaxt lazımdır. Köhnə dostunuzdan məsləhət istəyə bilərsiniz, o, yəqin ki, sizə nə edəcəyinizi söyləyəcək. Bu gün bir çoxları əvvəllər öyrəndiklərindən faydalanacaqlar. Təcrübəniz sayəsində ciddi səhvlər buraxmayacaqsınız, sonradan peşman olacağınız bir şey söyləməyəcəksiniz və ya etməyəcəksiniz. Gözlənilməz hədiyyələr və xoş sürprizlər, görməkdən məmnun qalacağınız diqqət jestləri mümkündür.

Əqrəb - Gün maraqlı hadisələrlə zəngin olacaq. Tale yeni bir iş götürməyə hazır olanları və sınaqdan çəkinməyənləri dəstəkləyəcək. Şanslı təsadüflər mümkündür. Onların sayəsində siz əvvəllər düşündüklərinizi həyata keçirə biləcəksiniz. Unutmayın: düşünmək üçün az vaxt olacaq, şansınızı əldən verməmək üçün tez hərəkət etməlisiniz. Çoxlu maraqlı söhbətlər, xoş görüşlər olacaq. Köhnə dostları görmək üçün gözəl gündür - birlikdə gözəl vaxt keçirəcəksiniz. Səyahətlər yaxşı keçəcək və fərqi yoxdur ki, onlar əvvəllər planlaşdırılıb, yoxsa son anda yola çıxmaq qərarına gəlmisiniz.

Oxatan - Gün sevindirəcək. Yəqin ki, son vaxtlar haqqında çox düşündüyünüz insanlardan yaxşı xəbərlər gələcək. Dostlarla görüşlər, bəzi birgə səfərlər əla alınacaq. Romantik görüş məyus etməyəcək və əlbəttə ki, bəzi xoş sürprizlər gətirəcək. Yəqin ki, dincəlmək və əylənmək istəyəcəksiniz, lakin vacib bir iş görmək imkanları da olacaq. Əgər son günlərdə çox vaxt ayırdığınız işi bu gün başa çatdırmaq qərarına gəlsəniz, o zaman istədiyiniz nəticəni tez əldə edəcəksiniz. Axşam saatlarında planlaşdırılmamış xərclər mümkündür.

Oğlaq - Günün başlanğıcı sakit, istirahət və bərpa üçün mükəmməl olacaq. Bəzi sadə, tanış işlər görə bilərsiniz. Onlar sizi yormayacaq və darıxdırıcı görünməyəcək, amma zəhmətinizin nəticəsindən çox razı qalacaqsınız. Günün ikinci yarısı ünsiyyət üçün əlverişli olacaq. Dostları ziyarətə dəvət edə, bədahətən məclis təşkil edə bilərsiniz. Hamını şad edəcək və özünüz də əylənəcəksiniz. Bu vaxt həm də alış-veriş üçün əlverişlidir. Həm özünüz üqçün əşyalar, həm də yaxınlarınız üçün hədiyyələri seçmək asan olacaq.

Dolça - Gün faydalı işlərə həsr olunacaq. Bütün həftə ərzində əlinizin çatmadığı işlərin öhdəsindən gələcəksiniz, əvvəllər başladığınız işi bitirəcəksiniz. Son günlər sevdiklərinizlə bir neçə dəfə müzakirə etdiyiniz suallara cavablar olacaq. Çətin işləri müzakirə edə, əvvəllər bir çox fikir ayrılığına səbəb olan məsələlər haqqında danışa bilərsiniz. Bu dəfə mübahisələrdən qaçmaq və kompromis əldə etmək mümkün olacaq. Planları yenidən nəzərdən keçirməyə dəyər: bəlkə də onları həyata keçirməyin asan yolu tapılacaq. Köhnə bir tanışınızla təsadüfi görüş sevindirəcək. Münasibətləri yenidən qurmaq istəməyiniz mümkündür.

Balıq - Yeni planlar, əvvəllər heç kimin ağlına gəlməyən gözlənilməz orijinal ideyalar günüdür. Bütün məsələlərdə yaradıcı olacaqsınız, başqalarının sübut edilmiş üsullarla hərəkət etməyə üstünlük verdiyi yerlərdə yeni bir üsul tapacaqsınız. Ətrafınızdakı insanlar əvvəlcə baş verənlərə ehtiyatla baxacaq, sonra hər şeyi düzgün etdiyinizi etiraf edəcəklər. Çoxlu qeyri-adi söhbətlər olacaq, onlardan mütləq faydalı bir şey öyrənəcəksiniz. Həm yeni tanışlar, həm də çoxdan tanıdığınız insanlar vacib məlumatlar paylaşa bilərlər. Axşam üçün xüsusilə çətin və yorucu bir iş planlaşdırmamaq daha yaxşıdır; bu, istirahət üçün ən yaxşı vaxtdır.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »