Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə də dollar niyə bahalaşır və Azərbaycana necə təsir edəcək...
Türkiyə də dollar niyə bahalaşır və Azərbaycana necə təsir edəcək...

"Türkiyədə milli valyutanın ucuzlaşmasının iki səbəbi var. Bunlardan biri xarici amillərlə, digəri isə Türkiyə Mərkəzi Bankının apardığı siyasətlə bağlıdır"

Bu sözləri Bizimyol.info saytına deyən iqtisadçı-ekspert Xalid Kərimli bildirdi ki, bu siyasət nəticəsində lirəyə olan etibar tam aşağı düşdü.

Xalid Kərimli Xalid Kərimli

Xarici səbəbləri bir-bir sadalayan ekspert, ilk növbədə ABŞ dollarının bahalaşmasını önə çəkdi: "Son günlər dolların avroya və digər valyutalara nisbətdə dəyəri artmağa başlayıb. İkincisi, Türkiyə idxal ölkəsi olduğu üçün, idxal etdiyi məhsulların əmtəə qiymətləri bahalaşır. Üçüncüsü, Türkiyə şirkətlərinin dollarla xarici borcları kifayət qədər çoxdur ki, bu da əlavə təzyiqlər yaradır".

Türkiyə Mərkəzi Bankının müstəqilliyinin ciddi şübhə altında qalmasını başlıca daxili səbəb kimi xarakterizə edən müsahibimiz, bu qurumun iqtisadi proseslərə uyğun deyil, siyasi təzyiqlərlə idarə olunduğunu diqqətə çatdırdı: "Bir il ərzində qurumda bir neçə sədr dəyişikliyinin olması buna sübutdur. TMB vəziyyətə uyğun pul-kredit siyasəti həyata keçirmək əvəzinə, inzibati tapşırıqları icra edir. İnflyasiyanın 21 faiz, istehsal qiymətləri indeksinin isə 55 faiz səviyyəsində olduğu bir məqamda faiz dərəcələrinin kəskin aşağı düşməsi düzgün istiqamət deyil. Qeyd edim ki, son bir neçə ay ərzində faiz dərəcələri 18 faizdən 14 faizə endirildi. Bu dəyişiklik investorlarda türk lirəsinə olan marağı ciddi şəkildə azaldır. Bu həm də insanlarda lirə ilə yığımdan canını qurtarmasına səbəb olur. Qiymətlər durmadan artır, fiks gəlirlərə malik olan insanlar bunu itirməyə başlayır, insanların alıcılıq qabiliyyəti və sosial vəziyyəti aşağı düşür, investisiya mühiti isə getdikcə pisləşir. Çünki, əlindəki vəsaiti lirəyə çevirib ölkə iqtisadiyyatına investisiya qoymaq istəyən iş adamları fikirlərindən daşınır və bunu təxirə salırlar".

Türkiyədə lirənin ucuzlaşmasının və dolların bahalaşmasının qonşu dövlətlərlə ticarət əlaqələrinə təsirini şərh edən ekspert, bunu bir neçə mərhələyə böldü: "İlkin dövrdə Türkiyənin ixrac etdiyi məhsullar ucuzlaşır, idxal etdiyi məhsullar isə bahalaşır. İlk baxışda ixracın ucuzlaşması yaxşıdır, çünki daha çox məhsul ixrac edir. Ancaq Türkiyəyə ixrac həyata keçirən ölkələr üçün problemlərin yaranmasına səbəb olur. Lirə ucuzlaşdığı üçün idxal bahalaşır və alıcılıq qabiliyyəti aşağı düşür. Bu, ilkin nəticədir. Türkiyə istehsalat sahəsində inkişaf etmədiyi və məhsulların çoxunu özü istehsal etmədiyi üçün idxaldan asılı vəziyyətdədir. Məlumdur ki, istehsal etdiyi bir çox məhsulun materiallarını idxal edir. Bu məhsulların da əmtəə dəyəri bahalaşdığı üçün, daxili istehsalın da maya dəyəri bahalaşır. Lirənin əvvəlki məzənnəsi ilə məhsul istehsal etmək mümkün deyil. Ola bilər ki, ixrac anidən ucuzlaşır və daha yaxşı satış həyata keçirilir. Ancaq bir müddət sonra bahalaşma baş verir və yeni qiymət tarazlığı formalaşır. Yüngül ucuzlaşma hardasa effektiv ola bilər, amma bu, xarici ticarətdə problemlər yaradacaq. İlkin olaraq müsbət tədiyyə balansı və daxili iqtisadiyyat üçün müsbət olsa da, bir müddət sonra ixracın bahalaşmasına səbəb olacaq".

Azərbaycan ilə Türkiyə arasında yüksək səviyyədə ticarət əlaqələri mövcuddur və qarşılıqlı idxal-ixrac əməliyyatları həyata keçirilir. Bahalaşma bu əməliyyatlara necə təsir edəcək?

X.Kərimlinin sözlərinə görə, Türkiyənin daxili bazarı Azərbaycanın qeyri-neft ixracı üçün Rusiyadan sonra mühim əhəmiyyət kəsb edir: "Lirənin ucuzlaşması və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi ixrac əməliyyatlarımıza da mənfi təsir göstərir".

Rövşən Ziya, Bizimyol.info

Paylaş »
››› “Putin gözlənilməyən yerə hücum edəcək” - Siyahıda hansı ölkələr var?
››› Baş Prokurorluq "Ştutqart"-ın sahibi olan keçmiş deputatla bağlı cinayət işi açıb
››› Dolların bahalaşması təxirə düşdü: Dünyada baş verənlər manatı möhkəmləndirir...
››› Ət niyə bahalaşdı və ya "pulu kreditə ödəyək, yoxsa cəriməyə"...
››› Nazarbayev son çıxışında nələrə eyham vurdu: “Ola bilər, təhlükəsizlik zəmanəti alıb”
››› Dünyanın ən bahalı evi hərraca çıxarılıb - Foto
››› Prezident İradə Gülməmmədovanı vəzifəsindən azad edib
Son xəbərlər
Bütün xəbərlər »