Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə XİN başçısı: “Ankarada 3+3 platforması çərçivəsində növbəti görüşdə Gürcüstanın iştirakını gözləyirik”
Türkiyə XİN başçısı: “Ankarada 3+3 platforması çərçivəsində növbəti görüşdə Gürcüstanın iştirakını gözləyirik”

“Hər zaman olduğu kimi qardaş Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşümüz oldu, regional məsələlər, xüsusilə də Cənubi Qafqaz mövzusunda fikir mübadiləsi apardıq”

APA-nın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Əfqanıstandakı humanitar vəziyyətlə bağlı İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Xarici İşlər Nazirləri Şurasının İslamabadda keçirilən fövqəladə iclasından sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Nazir deyib ki, Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan bir araya gəliblər: “Bu görüşlə bağlı da müzakirələr apardıq”.

M. Çavuşoğlu qeyd edib ki, Qarabağ mövzusunda 3+3 platforması çərçivəsində keçiriləcək növbəti görüşdə Gürcüstanın da iştirakı gözlənilir: “Moskvada görüşümüz oldu, Gürcüstan qatılmadı. Amma növbəti görüş Ankarada keçiriləcək və bu görüşdə Gürcüstanın da iştirak edəcəyini gözləyirik”.

Paylaş »
››› Bakıda qəribə olay: Vəkil qarşı tərəfi döyməkdə günahlandırılır
››› Boş verin heykəlləri-filan...
››› Doğuşlara qoyulan fantastik qiymətlər: Hansı günümüzə yaraşır?..
››› Sabiq biznesmen deputat Qarabağ qazisinə "pul atmaqda" ittiham olunur
››› Yas məclisi təşkil edən polis rəisinə yumruq vurub
››› Eldar Həsənova hökm oxunub
››› Hacı Zeynalabdin Tağıyev bu gün sağ olsaydı…
Son xəbərlər
Bütün xəbərlər »