Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İslamabadda Əfqanıstan xarici işlər naziri vəzifəsini icra edən Əmirxan Muttaki ilə görüşüb.
APA-nın xəbərinə görə, bu barədə M.Çavuşoğlu “Twitter” səhifəsində paylaşım edib.
M.Çavuşolu bildirib ki, İslam Əməkdaşlıq Təşkilatının toplantısı çərçivəsində keçirilən görüşdə gündəmdəki məsələlər müzakirə edilib.