Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO Baş katibi Rusiya ilə nüfuz dairələrinə dair konfransın keçirilməsinə qarşı çıxıb
NATO Baş katibi Rusiya ilə nüfuz dairələrinə dair konfransın keçirilməsinə qarşı çıxıb

NATO Baş katibi Yens Stoltenberq Rusiya ilə nüfuz dairələrinin müəyyənləşdirilməsinə dair konfransın keçirilməsi ideyasına qarşı çıxıb.

APA-nın verdiyi məlumata görə, NATO Baş katibi “Journal de Dimanche-ə verdiyi müsahibədə Rusiyanın məlum ideya ilə bağlı təklifini NATO üçün geri addım adlandırıb: “Böyük dövlətlərin qonşularının nə edə və ya edə bilməyəcəyinə nəzarət edə biləcəyi təsir zonalarını yenidən müzakirə edəcəyimiz yeni konfransın keçirilməsi ideyası bizim üçün geri addım olardı və bu, yəqin ki, yanlış istiqamətdir”.

Əvəzində NATO-nun baş katibi Moskva ilə etimadın möhkəmləndirilməsi, silahlara nəzarət, təlimlərin şəffaflığının təmin edilməsi və gərginliyin azaldılması məsələlərini müzakirə etməyin tərəfdarı olduğunu bildirib.

Qeyd edək ki, bundan əvvəl Stoltenberq Ukraynanın NATO-ya üzvlüyü perspektivlərinin müzakirəsi kontekstində Rusiyanın özünün “təsir dairəsi”nə hüququnun olmadığını söyləmişdi.

Paylaş »
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
››› İslam şəriətində zinanın hansı növləri var...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İqlim dəyişikliyi bizə hansı qorxunc fəlakətləri vəd edir
››› "Qəbir sadə daşdan olmalı, üzərində mərhumun ad-soyadı yazılmalıdır"
››› Zooparkda ana azyaşlı qızını ayı qəfəsinə atıb
Son xəbərlər