Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünya Bankı Ukraynaya daha 300 milyon avro ayırıb
Dünya Bankı Ukraynaya daha 300 milyon avro ayırıb

Dünya Bankının Direktorlar Şurası Ukraynaya 300 milyon avro məbləğində kreditin ayrılmasını təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə qurumun saytında bildirilir.

Vəsait ölkənin iqtisadi dirçəlişi və inkişafı üçün islahatları dəstəkləmək, həmçinin COVID-19 pandemiyasının nəticələrini yumşaltmaq üçün ayrılıb.

Təşkilat xatırladıb ki, bu, Ukraynaya verilən ikinci kreditdir. İlkin kredit ümumi dəyəri 350 milyon ABŞ dollar olmaqla, 2020-ci ilin iyun ayında təsdiq edilib.

Bundan əvvəl Ukraynanın dövlət borcunun idarə edilməsi üzrə komissarı Yuriy Butsa bildirib ki, gələcək illərdə dayanıqlı maliyyələşməni təmin etmək üçün Avropa İttifaqından əlavə maliyyə yardımı istənilib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »